Estetik əməliyyat üçün ABŞ-dən Türkiyəyə gələn sosial media fenomeni Eylül Öztürk geri dönüş zamanı təyyarədə qarşılaşdığı mənzərədən təəccüblənib.
Sherg.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Təxminən 5 saat davam edən əməliyyat keçirən Öztürk üz gərmə, göz formasının dəyişdirilməsi, göz qapağı əməliyyatı və dodaq qaldırma prosedurlarından keçib.
ABŞ-yə qayıdarkən təyyarədə çəkdiyi videonu sosial şəbəkədə paylaşan fenomen sərnişinlərin əksəriyyətinin saç əkimi və estetik əməliyyatlardan sonra səyahət etdiyini bildirib.
O, Türkiyənin estetik əməliyyatlar sahəsində həm qiymət, həm də həkim təcrübəsi baxımından üstün olduğunu iddia edib.