Paşinyan həbsi rəqiblərinə qarşı cəza vasitəsinə çevirib - Müxalifətçi deputat

Ermənistanın Baş naziri Nikol Paşinyan həbsi siyasi opponentlərini cəzalandırmaq vasitəsinə çevirib. Sherg.az xəbər verir ki, bunu müxalifətçi deputat Ruben Mxitaryan bildirib.

Onun sözlərinə görə, Paşinyanın xoşuna gəlməyən şəxslər həbs edilir və bu proses hüquq-mühafizə orqanlarının göstərişlə işlədiyi təəssüratı yaradır.

Deputat hesab edir ki, opponentlərin əmlakdan məhrum edilməsi cəhdləri də Paşinyanın zəifliyindən xəbər verir.

Qeyd edək ki, biznesmen Qagik Tsarukyan barəsində cinayət işi çərçivəsində onun bir sıra əmlaklarının müsadirəsi tələb olunur.