
Politoloq: Ermənistanda revanşizm siyasi sistemə hopmuş vəziyyətdədir
11:02 17.01.2025
Region
487
Ermənistandakı revanşist meyillər Azərbaycan üçün narahatlıq mənbəyidir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib. XİN başçısı vurğulayıb ki, Cənubi Qafqazdakı təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan postmünaqişə məsələsi də bugünkü görüşün müzakirə mövzusu olub. Azərbaycan-Gürcüstan münasibətlərini səciyyələndirən amillərdən biri də bir-birimizin ərazi bütövlüyünü dəstəkləməyimizdir. Ermənistanın Azərbaycana münasibətində isə biz bunu deyə bilmərik.
C.Bayramov əlavə edib ki, Azərbaycan hərbi güclə beynəlxalq hüququn tələblərini icra etmək məcburiyyətində qalıb. Eyni zamanda qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. Son dörd ildə sülh sazişi üzrə çox böyük irəliləyiş əldə olunub, delimitasiya üzrə ilkin müsbət nəticələr əldə olunub. Ancaq hələ də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a vurğulayıb ki, doğurdan da bu gün Ermənistanda revanşizm siyasi sistemə hopmuş vəziyyətdədir:

“Təəssüflər olsun ki, Nikol Paşinyanın komandası revanşist meyillərin qarşısını almır. Ermənistanda revanşizmi təşviq edənlər Robert Köçəryan və Serj Sarkisyan cütlüyü dövründən qalma adamlar sayılsa da, reallıqda hazırki Paşinyan höküməti də revanşizmin qalmasında maraqladır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da həmin obyektiv reallığı Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra ifadə etdi. Həqiqətən də əgər Ermənistan bölgədə real sülhdə maraqlı tərəf qismində iştirak edirsə, bu, revanşizmin qarşısını almalıdır. Revanşist meyillər davam etdiyi halda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, onun praktik işləkliyi necə olacaq? Bu gün Ermənistanda Azərbaycan əleyhinə qarayaxma kampaniyası trendlərdədirsə, rəsmi İrəvanın sülh müqaviləsinə hazırlaşdığını necə deyə bilərik? Ona görə də məsələyə daha obyektiv və dəqiq yanaşmaq lazımdır. Ermənistanda antiazərbaycan, antitürkiyə təbliğatı media və tədris sistemindən yığışdırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə