Putin Rusiya ordusunun ştat sayının artırılması haqqında fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayını müəyyən edilməsi haqqında fərman imzalayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, fərmana əsasən, Rusiya ordusunun ştat sayı 2.441.630 nəfər olaraq müəyyən edilib.

Fərmanda hərbi qulluqçu sayının 1550500 nəfərə çatdırılması qeyd olunub.