Bill Geyts də taxta evdə yaşayır
Yusif Nəzərli
06:35 12.11.2021
Relaks
776
İpoteka kreditindən bezən gənclər “cırtdan ev”lərə üstünlük verir
İpoteka nə qədər insanın baş bəlasına, can dərdinə çevrilib. Təkcə bizdə yox, Avropada da. Hətta dünyaca məşhur iş adamı, "Microsoft" şirkətinin qurucusu Bill Geyts də pula qənaət etmək, eyni zamanda daha rahat, hüzurlu bir ortamda yaşamaq və işləmək üçün (dünyanı çalxalayan ideyalar gəlməlidi axı başına) “cırtdan ev”lərə üstünlük verir. “Cırtdan ev”lər adlandırılan, daha çox “tiny house” adı ilə bilinən kiçicik evlər ipoteka “soyğunçuluğu”na qarşı, həmçinin yüksək məbləğləri baş gicəlləndirən daşınmaz əmlak bazarına alternativ olaraq düşünülmüş ən uğurlu ideya hesab edilir.
Belə evlər çox zaman təbiət qoynunda, şəhərin səs-küyündən, ağır havasından kənar sakit məkanlarda, ən önəmlisi isə az məsrəflə, taxta, plastik, yüngül konstruksiyalar, ümumiyyətlə, ucuz materiallardan tikilir. “Tiny house” İsveçdə gənclər arasında son illərdə populyarlaşıb. “Şərq” “Milliyyet.com”a istinadən bildirir ki, kirayələrdən, ipotekalardan canlarını qurtarmaq istəyən gənclər “cırtdan ev”lərə üz tutur, təbiətlə baş-başa yaşam tərzini seçirlər. Bu evlər 8-10 kvadrat.metr ərazi üzərində qurulur, istənilən zaman onları sökmək mümkündür, ucuz qiymətə də başa gəlir. Çünki onların tikintisində yerli tikinti materiallarından istifadə edlir. Məsələn, Garpenberg qəsəbəsində bir neçə belə “cırtdan ev” var.
Bu cür evlərdə yaşamağı seçənlər illərlə ipoteka krediti ödəməkdən bezdiklərini deyir, nəhayət, “Tiny house” layihəsi ilə rahat bir yaşama sahib olduqlarını söyləyirlər. Kiçicik evlər böyük evlər, malikanələrlə müqayisədə daha rahat və az məsrəflidir. İsveçdə “mortgage krizi” – ipoteka krizisi 2008-ci ildən başlayıb. İpoteka kreditindən bezənlər kiçik evlərə sərmayə qoymağa başlayıb və beləcə "tiny house” dalğası yaranıb. Bu, məişətdə minimalizm axınıdır: kiçik ölçülərdə, kiçik məsrəflərlə rahat yaşayış! 2019-un sonları, 2020-ci ilin əvvəlindən başlanan koronavirus pandemiyası isə insanların daş binalardan, böyük yaşayış massivlərindən uzaqlaşmaq istəyini artırdı. Pandemiyada evlərə kilidlənən insanlar təbiət qoynuna can atmağa başladılar. “Cırtdan evlər” bu zaman da insanların köməyinə gəldi. İnsanlar təkcə cırtdan evlərlə deyil, konteyner evlər, dartma karvan avtomobilləri, mobil evlərlə vəziyyətdən çıxmağa çalışır.
İş o yerə çatıb ki, hətta dünyanın ən varlı insanlarından biri – Bill Geyts (adətən həftə sonları), məşhur memar Le Corbusier də (son illərdə) özlərinə kiçik daxmalar tikdirib.
“Cırtdan evlər” ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya, həmçinin Türkiyədə də son illərdə populyarlaşmağa başlayıb. Araşdırmalara görə, 2030-cu ildə dünya əhalisinin 60 faizi – 5 milyard insan şəhərlərdə yaşayacaq. Odur ki, gələcəyi hesablayanlar indidən təbiətə doğru qaçır. Kiçicik evlər daşınmaz əmlak, həmçinin iqtisadi krizislərdən yaxa qurtarmağın ən optimal yolu sayılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət
Azərbaycanda 1 əsrlik rekord qırıldı
17:14 28.03.2026
Ekologiya
İran genişmiqyaslı müharibəyə tam hazırdır - Politoloq
17:09 28.03.2026
Gündəm
İran İsrailin bu şəhərini vurdu
16:55 28.03.2026
Dünya
Müharibənin bölgə ölkələrinə yayılması... - Fidan
16:43 28.03.2026
Region
Paşinyan tezliklə Rusiyaya səfər edəcək
16:18 28.03.2026
Cəmiyyət