Çay kimi insanlar
Banuçiçək Kalbalıyeva
09:35 05.09.2021
Relaks
1014
Bu günlərdə yoldaşlardan biri ilə çay içirdik. İlk bir neçə stəkanı həvəslə, iştahla içdik. Sonrakıları isə, az qala, məcburən, necə deyərlər, xala, xətrin qalmasın deyə. Çünki çaynikdəki çay getdikcə soyuyurdu. Dadı əvvəlkindən daha acı gəlirdi, rəngi də tündləşirdi.
Sonuncunu içə bilmədim. Çayı açıq pəncərədən yaxınlıqdakı ağacların birinə tökdüm. Yəni ən uyğun, ən layiq olan yerə.
Həmin anlarda düşündüm ki, çay kimi insanlar var: bir müddət cazibədar, əvəzsiz görünən, amma vaxt keçdikcə "soyuyan", "tündləşən", getdikcə acı dad verən və nəhayət, "yaxantıya" çevrilən. Onlarla münasibətin ilk vaxtları maraqlı olur. Eyni ilə çay kimi öz sehrlərini qoruyurlar. Elə bilirsən, ondan yoxdu, heç vaxt da olmayacaq. Odur ki, qarşına çıxdığına görə sevinir, Allaha "Çox sağ ol" deyirsən. Hələ xüsusi fəxrlə bəxtindən, şansından razılıq edirsən.
Tədricən səni özünə daha çox sevdirir, daha çox öyrəşdirir. Kimsədə olmayanların onda olduğunu görüb (və ya belə düşünüb) daha çox sevinirsən. Hətta, ola bilsin, həyacan keçirirsən. Bir az da qorxursan: bəs nə vaxtsa getsə?...
Vaxt keçir, nələrinsə dəyişdiyini hiss edirsən. Əvvəl bunun təbii olduğunu fikirləşirsən. Öz- özünə düşünürsən ki, bu qədər vaxtdır tanıyıramsa, cazibəsi gec- tez itməli, sevdiyim və hər şeyinə bələd olduğum digər onlarca insandan birinə çevrilməli idi. Lakin məsələ onda deyil. Ən imtina edilməz olduğunu düşündüyün vaxt "soyumaq", bilər "tündləşmək" bəzilərinin xarakteridir. Nə qədər istəsən də, dəyişə, dəyişdirə bilməzsən. Əvvəlki "sehrli günlərin" xətrinə, indi dözməyə, səbr etməyə çalışarsan. Nəyəsə- hər şeyin yenidən əvvəlki kimi olacağına ümid bəsləyərsən. Amma o, tədricən "acılaşar". Yenə özün- özünü aldadarsan. Hətta dad bilmə qabiliyyətini itirməyə hazır olarsan. Təki münasibət əvvəlkitək davam etsin. Ümidlərin hər ötən gün azalsa da, ölməz. Və günlərin birində haçansa başına dolandığın adamın "yaxantıya" çevrildiyini görərsən. Daha edəcək bir şey qalmır. Məlum olur ki, zaman keyfiyyətin dəyişməsi deməkdir.
Həmin gün nanəli çay içmişdik. Dadı fərqli idi, xoşumuza gəlmişdi. “Belə çaya nadir hallarda rast gəlinər” deyə düşünürdük. Bəlkə də, həqiqətən, elədir. Fəqət, soyuyandan, acılaşandan və tündləşəndən sonra yaxantıya çevrilən bütün çayların gedəcəyi yer eynidir- ağac dibi.. Təəssüf, çox təəssüf ki, çay kimi insanlar da az deyil...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol