Kanada Ukraynaya 305,7 milyon dollarlıq hərbi yardım göndərəcək
Yusif Nəzərli
18:45 09.01.2025
Hərbi
480
Kanada Kiyevə 440 milyon Kanada dolları (305,7 milyon dollar) dəyərində hərbi yardım göntərmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Uilyam Bleyerin, Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya silah tədarükünün koordinasiyası üzrə təmas qrupunun iclasının yekunlarına dair bəyanatında deyilir.
Bu vəsaitin 200 milyon Kanada dolları (təxminən 139 milyon dollar) Ukrayna ordusuna mərmi almaq üçün Çexiya təşəbbüsünə gedəcək. 50 milyon Kanada dolları (34,7 milyon dollar) isə Kiyevə artilleriya mərmiləri göndərəcək olan Kanada silah istehsalçılarına köçürüləcək.
Yerdə qalan vəsait isə digər məsələlərlə yanaşı, onlar üçün PUA və avadanlıqların alınmasına, həmçinin qış geyimlərinin alınmasına sərf olunacaq.
Qeyd edək ki, 2022-ci ilin fevral ayından Kanada Kiyevə 4,5 milyard Kanada dollarından (3,13 milyard dollar) çox hərbi yardım göstərib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət