Əkrəm İmamoğlunun neçə gün həbsdə qalacağı ilə bağlı RƏSMİ AÇIQLAMA
Yusif Nəzərli
07:14 20.03.2025
Dünya
363
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və digər bələdiyyə rəhbərlərinin həbsi ilə bağlı son məlumatlar açıqlanıb.
APA “Hüriyyet” qəzetinə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan iki ayrı istintaq çərçivəsində, Əkrəm İmamoğlu, Şişli Bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü Bələdiyyə sədri Mehmet Murat Çalık da daxil olmaqla, ümumilikdə 106 nəfər haqqında həbs qərarı verilib. Hazırda 87 nəfərin ifadəsi alınır. İmamoğlunun neçə gün həbsdə qalacağı və İBB-yə qəyyum təyin edilib-edilməyəcəyi ilə bağlı suallar gündəmdədir.
Daxili İşlər Naziri Ali Yerlikaya, sosial mediada provokativ paylaşımlar edən 261 hesabın müəyyən edildiyini və bu paylaşımları edənlərdən 37 şübhəlinin saxlanıldığını açıqlayıb. Saxlanılan şəxslərin ifadələri alınır, digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.
Hüquqşünas Levent Ersin Orallı, Əkrəm İmamoğlunun vəzifəsindən uzaqlaşdırılması və ya həbs edilməsi halında, qanunlara əsasən, İBB-yə qəyyum təyin edilməsinin mümkün olduğunu bildirib. Bu prosesin necə həyata keçiriləcəyi və müddəti ilə bağlı rəsmi açıqlamalar gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi