
İranın regional təsir rıçaqları zəifləyib
Yusif Nəzərli
09:19 20.03.2025
Region
421
Yaxın Şərqdə yorğun düşmüş İran Cənubi Qafqazda da mürəkkəb tənliklərlə üzləşməsini nəzərə alıb Azərbaycanın maraqlarına konstruktiv cavab verməlidir
"Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən ABŞ-nin necə faydalana biləcəyi Donald Tramp administrasiyasının diqqətindədir".
Bu barədə "Sherg.az"a siyasi şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin eksperti Aqşin Kərimov deyib.
Ekspert bildirib ki, Ağ Evin diqqətini Cənubi Qafqaz regionuna yönləndirməkdə İsrail dövləti və yəhudi lobbisinin koordinasiya edilmiş hərəkətləri nəzərə çarpır:

"İsrailin baş nazirinin ofisi martın 5-də Vaşinqtonla üçtərəfli danışıqların fəal olduğunu bəyan edib.
Bəyanatda bildirilib ki, Azərbaycan təhlükəsizlik, ticarət, texnologiya və enerji sektorlarında əməkdaşlığı əhatə edən əlaqələri ilə Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir. Az keçməmiş, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvaya səfər etdikdən sonra Bakıya eniş etdi. Bu, İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görünür. Versiyama görə, İsrail bu əməkdaşlıqda Rusiyanın da rolunu sınamaqda maraqlıdır və bu, Ağ Evlə Kremlin Ukrayna üzərindən sövdələşməsinin miqyasını göstərir. Bu proseslər, ABŞ administrasiyasının da regional strateji mənfəətlərinin təminində rol oynayır. Ona görə də, ABŞ Azərbaycanla əlaqələrini dərinləşdirmək üçün İsrailin Azərbaycanla yaxın əlaqələrinə əsaslanan istiqamətə doğru gedir. Ehtimal ki, ABŞ və İsrailin Azərbaycan-ABŞ-İsraildən ibarət təhlükəsizlik üçbucağı yaratması niyyəti İranın təsirlərinə qarşı genişlənmiş tərəfdaşlıq qazanmaq niyyətinə söykənir".
Analitik hesab edir ki, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini də nəzərə alsaq, qeyd edilən tərəfdaşlıq Tehranı kənarda saxlamaq üçün yaxşı vasitə ola bilər:
"Ancaq Azərbaycan İranla münasibətlərin böhranlı modelini və gərginləşməsini izləməkdən uzaqdır. Azərbaycan üçün regional gərginliklər, əlavə geosiyasi ziddiyyətlər lazım deyil, bununla belə, Ağ Ev və İsrailin İranla əlaqədar masada olan planlarına Bakının müdaxiləsi çətindir. Regionda İranla əlaqədar yenilənmiş cəbhədə Azərbaycan yer almamaqla öz niyyətinin səmimiliyini də göstərir. Yaxın Şərqdə yorğun düşmüş İran Cənubi Qafqazda da mürəkkəb tənliklərlə üzləşməsini nəzərə alıb Azərbaycanın maraqlarına konstruktiv cavab verməlidir. Onsuz da, İranın regional təsir rıçaqları zəifləyib, bununla belə, onun resurs və potensiallarını yenidən Azərbaycana qarşı cəmləyəcəyi istisna deyil. Bu ssenari Tehran üçün xeyir gətirməyəcək. Çünki İran Azərbaycana qarşı istifadə etdiyi vasitələrdən məhrum edilir".
A.Kərimov vurğulayıb ki, Azərbaycanın müttəfiqi Türkiyə ilə bərabər digər tərəfdaşlıq əlaqələrindəki diapazonu diqqətdə saxlamaq Tehran üçün məqsədəuyğun olardı:
"Ravvinlərin Donald Trampa müraciətinin genişlənmiş geosiyasi məqsədləri əlavə çalarların da izahına ehtiyac yaradır. ABŞ və İsrail nəşrləri, Azərbaycanın “İbrahim sazişlərinə” inteqrasiyası təşəbbüslərini müzakirə edirlər. Lakin Azərbaycan həmin müqavilənin tərəfi deyil və inteqrasiya prosesi texniki olaraq çətinliklər yaratsa da, geosiyasi aspektdən mümkündür. Bu təşəbbüs ABŞ və İsrailin Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya kontekstindəki qiymətləndirmələrinə əsaslanır. Məqsəd ABŞ və İsrailin dəstəyi ilə dəstəklənən çoxtərəfli regional əməkdaşlıq üçün yeni rəsmi platformanın yaradılmasıdır.
Azərbaycanın bu razılaşmada iştirakı ona Mərkəzi Asiya, Yaxın Şərqə genişlənmək imkanlarını tanıyır. Bu, həm Qafqazı, həm Yaxın Şərqi, həm də Mərkəzi Asiyanı yüksək səviyyəli diplomatik foruma daxil edəcək. Ehtimalla bu kontekstdə Bakının “İbrahim Sazişləri” konfransına ev sahibliyi etməsi təklif olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm