
Ekspert: Xüsusi internat məktəblərində xoşagəlməz hallar yaşanır
Yusif Nəzərli
11:57 20.03.2025
Sosial
442
Vaxtı keçmiş qidalar, dərman preparatları ilə bağlı vəziyyət ürəkaçan deyil
İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevanın Milli Preventiv Qrupunun üzvləri Elm və Təhsil Nazirliyinin nəzdindəki E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində və E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində aşkarladığı nöqsanlar qısa zamanda aradan qaldırılmalıdır. Bu barədə “Şərq”ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi söyləyib. Qeyd edək ki, Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri tərəfindən planlı başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb məntəqəsinə, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb. Hər iki müəssisədə uşaqlarla psixoloji işin aparılmasında istifadə olunan sənədlərdə məlumatların tam əks olunmadığı, 6 nömrəli Respublika xüsusi internat məktəbində bəzi dərman preparatlarının istifadə müddətinin bitdiyi, işıqlandırmanın normalara cavab vermədiyi, 9 nömrəli xüsusi internat məktəbində isə bəzi ərzaq məhsullarının yararlılıq müddətinin bitdiyi aşkar edilib. Aşkar olunmuş problemlərlə bağlı müvafiq qanunvericilik və beynəlxalq sənədlərdə əks olunmuş tələblər diqqətə çatdırılmaqla, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.
Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, paytaxtda, həmçinin bölgələrdə fəaliyyət göstərən internat və xüsusi internat məktəblərində ümumi tədris prosesi, şagirdlərin qidalanması, yerləşməsi, yataqxana rejimi - bütün bunlar Elm və Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilir:

- İnternat məktəbləri birbaşa Nazirliyə tabedir. Bölgələrdə yerləşən bu tip məktəblər regional təhsil idarələri, həmçinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin də diqqətində olmalıdır. Ombudsman Aparatının məlumatından da görünür ki, faktiki olaraq xüsusi internat məktəblərində xoşagəlməz hallar yaşanır. Vaxtı keçmiş qidalar, dərman preparatları ilə bağlı, şagirdlərin yataqxana şəraiti ilə bağlı vəziyyət ürəkaçan deyil. Bəzi müəllimlər tərəfindən tədris prosesi lazımi səviyyədə keçilmir. Hesab edirəm ki, bu kimi yoxlamalar zamanı aidiyyəti qurumlarla da əlaqəli işləməlidirlər. Tibbi məsələlər Səhiyyə Nazirliyi, qidalanma ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi yoxlamalarda iştirak etməlidir. Tədrisin vəziyyəti isə birbaşa Elm və Təhsil Nazirliyinin öhdəsindədir. Bu məsələdə əlaqədar qurumlar dəstək verərlərsə, nöqsanlar qısa zamanda aradan qaldırılar.
E.Əfəndi bildirdi ki, təhsil müəssisələrinin ümumi nizamnamələri Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Göstərilir ki, təhsil müəssisələrinə nəzarət Elm və Təhsil Nazirliyi və ona tabeli qurumlar tərəfindən həyata keçirilir:
- Bu halda digər qurumların fəaliyyəti qarşılıqlı razılıq əsasında mümkündür. Deyək ki, tibbi sahədə Səhiyyə Nazirliyi, qidalanma məsələsində Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edilsə, öhdəliklərin yerinə yetirilməsində də ciddi məsuliyyət yaranar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm