“Invest in Azerbaijan” informasiya sistemi yaradılıb
16:13 06.11.2025
Rəsmi
202
İnvestisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını və “bir pəncərə” prinsipi əsasında təqdim olunmasını təmin etmək məqsədilə “Invest in Azerbaijan” informasiya sistemi yaradılıb.
Sherg.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
“Invest in Azerbaijan” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Fərmanla müəyyən edilib ki, “Invest in Azerbaijan” informasiya sistemi (bundan sonra – Sistem) investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycan Respublikasında investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edir. Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO həyata keçirir.
Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir..
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı
02:34 29.03.2026
Sağlamlıq
“Yeraltı” serialının Bozosu Bakıya gəlir
02:02 29.03.2026
Şou
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə