222 minlik iddia: Nigar Köçərli ilə klinika arasında qaranlıq qalan suallar var

Liv Bona Dea klinikasının,  “Ali və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı 222395 AZN məbləğində təzminat iddiası üzrə məhkəmə prosesinin növbəti hazırlıq iclası keçirildi.

Sherg.az xəbər verir ki, N.Köçərli deyib ki, dəfələrlə müraciət etməyinə baxmayaraq, qarşı tərəf əməliyyatxanada və ayılma otağında baş verənlərlə bağlı heç bir video görüntü təqdim etməyib:

"Bildirildi ki, həmin görüntülər 3 ay keçdiyi üçün silinib. Halbuki biz bu videoları ilk dəfə fevralın əvvəlində tələb etmiş və sonrakı hər məhkəmə iclasında da bu tələbi təkrarlamışıq.

Əvəzində, yalnız koridor və lift qarşısına aid olan qısa video epizodlar və bir neçə fotoşəkil təqdim edilib ki, bunlar da işin mahiyyəti ilə bağlı heç bir aydınlıq gətirmir.

Əsas və narahatedici suallar isə yenə cavabsız qalır: anesteziya niyə gec verildi, tibb personalının kobud rəftarının səbəbi nə idi?

Məhkəmə araşdırması davam edir. Biz məhkəmənin ədalətli qərar verəcəyinə inanırıq".

Növbəti məhkəmə iclası mayın 20-də keçiriləcək.