Bryus Uillisin qızı: “Atam üçün çox darıxıram”
Yusif Sultanoğlu
05:45 23.11.2023
Şou
815
Afazi xəstəliyinə tutulan və hafizə itkisi yaşayan Hollivud “ulduz”u Bryus Uillisin qızı Rumer Uillis atası üçün çox darıxdığını dilə gətirib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, məşhur aktyorun qızı bu haqda sosial media hesabından paylaşım edib. Hazırda aktyor evdə nəzarət altında saxlanılır. O, normal danışıq qabiliyyətini itirib, danışılanları, eşitdiklərini qavramaq qabiliyyəti də zəifləyib. Ailəsi isə aktyorun ətrafındadır və onu tənha qoymurlar. B.Uillisin aktrisa Demi Murla evliliyindən olan qız övladı Rumer Uillis isə atası haqqında və onun üçün çox darıxdığını yazmaqla gündəmdədir. Rumer atasıyla illər çəkilən uşaqlıq fotolarını paylaşıb. Və “bu gün atam üçün həqiqətən çox darıxıram”, yazıb. Rumerin sosial mediada paylaşdığı fotolar minlərlə insan tərəfindən baxılıb vəı bəyənilib. Rumer ilk övladı dünyaya gələrkən atasının nə qədər sevindiyini, ona baba olmağın həyəcanını yaşatdığını, atasının da baba olmaqdan həzz aldığını qeyd edib. Rumer verdiyi müsahibələrin birində zarafatla “atam oğlan nəvəsi istəyir. Onu anlayıram. 5 qız övladı var. Davamlı qızların – qadınların basqısı altındadır”, demişdi. Rumer atasının xəstəliyinin stabil olmasının ailəyə rahatlıq gətirdiyini deyib. 1987-2000-ci illərdə Demi Murla evli olan aktyorun Ramə, Talullah Belle, Skott Larue adlı üç qız övladı, 2009-cu ildə evləndiyi Emma Hemikqdən də Mabel Rey və Evelin Penn adında da yenə 2 qız övladı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat