Prezident Administrasiyasında AK Parti nümayəndə heyəti ilə görüş keçirilib
13:10 05.12.2023
Gündəm
473
Dekabrın 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin Xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA xəbər verir ki, görüşdə Ədalət Vəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində və lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə Azərbaycanın suverenliyini bərpa etdiyini, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı və məqsədyönlü bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini qonaqların diqqətinə çatdırıb. Qazanılmış Qələbədə Türkiyənin mənəvi-siyasi dəstəyinin əhəmiyyətindən bəhs edən şöbə müdiri Azərbaycan ilə Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin dünyada bənzərsiz olduğunu, hər iki tərəfin çoxşaxəli əməkdaşlığı dərinləşdirmək iradəsini nümayiş etdirdiklərini bildirib.
Ədalət Vəliyev dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın daha da dərinləşdiyini, iki hakim partiyanın əlaqələrinin gücləndirilməsinin ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə verdiyini, 2021-ci ildə YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək ikitərəfli münasibətlərin inkişafına xidmət edən məqsədyönlü fəaliyyəti vurğulayıb.
Zafer Sırakaya iki partiya arasında əlaqələrin inkişafının dövlətlərarası münasibətlərin mühüm elementi olduğunu, davamlı xarakter daşıyan qarşılıqlı səfərlərin həyata keçirilməsinin partiyalararası təmasların gücləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycanın tarixi Qələbəsi nəticəsində regional təhlükəsizlik və əməkdaşlıq üçün mühüm imkanlar yarandığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə