Vətəndaşlar çaş-baş qalıb: Qızılcaya qarşı Belçika peyvəndi daha zərərsizdir, yoxsa Hindistan peyvəndi?
Yusif Nəzərli
11:15 10.12.2023
Sağlamlıq
1302
Qızılca xəstəliyinin sürətlə yayılması ilə bağlı ölkədə ciddi narahatlıq var. Səhiyyə qurumları xəstəliyin bu cür sürətlə yayılmasının əsas səbəbi kimi əhalinin bir qismini peyvənddən yayınma hallarının olması ilə əlaqələndirir.
Peyvənddən imtina edən valideynlərin bir qismi bunu uşaqlarının peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. Digərləri isə ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyətli olduğunu iddia edir. Bu iddialar xüsusən də dövlət poliklinikalarında istifadə olunan vaksinlərlə bağlı səsləndirilir. Qeyd olunur ki, özəl klinikalarda vurulan Belçika peyvəndi, dövlət poliklinikalarında tətbiq edilən Hindistan istehsalı peyvənddən daha keyfiyyətlidir.
Elə buna görə də bəzi valideynlər dövlət xəstəxanalarındansa, uşaqlarını özəl xəstəxanalarda peyvənd etdirməyi üstün tuturlar.
Bakı Sağlamlıq Mərkəzi İnfeksiyaya nəzarət və profilaktika şöbəsinin rəhbəri Ləman Qalimova isə deyib ki, Azərbaycanda əsasən fərqli istehsalçılar tərəfindən hazırlanan, lakin eyni tərkibə malik iki növ vaksindən istifadə olunur.
O bildirib ki, peyvəndlər ölkəyə gətirildiyi anda xüsusi laboratoriyalarda araşdırılır və təhlükəsizliyinə, etibarlılığına zəmanət verilir. Vətəndaşlarımız düşünürlər ki, Belçika vaksini daha üstündür, çünki Avropadan gətirilib. Amma hər iki vaksinin tərkibi eyni olduğundan, keyfiyyəti də oxşardır. İnfeksionist vurğulayıb ki, hazırda yayılan qızılca xəstəliyi ilə əlaqədar Hindistan və Belçika vaksinlərindən istifadə olunur.
İxtisasca həkim olan millət vəkili Müşfiq Məmmədli isə hesab edir ki, peyvəndin hansı ölkədə istehsal olunması, keyfiyyət göstəriciləri olduqca mühüm amildir.
Onun fikrincə, Hindistan peyvənd istehsalında kifayət qədər qabaqcıl texnologiyalara və təcrübəyə sahibdir: “Avropanın bəzi ölkələrində də bu istiqamətdə mühüm addımlar atılıb. Peyvənd istehsalında qabaqcıl texnologiya, zəngin təcrübə böyük əhəmiyyət kəsb edir. Çünki bu böyük bir tədqiqatlar zənciridir. Mütəxəssislər, texnoloqlar, bir günün, iki günün ərzində yetişmirlər. Ona görə də burada istehsal ənənəsinin olması vacibdir. Hazırda da qeyd olunan ölkələr bu sahədə böyük təcrübəyə malikdirlər. Əgər biz ABŞ və Kanadanı müqayisə etsək, amerikalıların kifayət qədər texnologiyalara malik olduğunu hər kəs etiraf edə bilər. Lakin Kanadada peyvəndlərin istehsalı ABŞ-dən daha irəli səviyyədədir. Çünki burada ənənələr, müəyyən tibbi potensial var. Biz məsələyə bu prizmadan yanaşmalı, doğru seçim etməliyik. Önəmli olan təminatı təşkil etməkdir”.
Pediatr Aytən İsmayılzadə isə valideynlərin Belçika peyvəndini Hindistan peyvəndindən daha zərərsiz, daha qoruyucu kimi düşünməsini absurd hesab edir.
O, Hindistan istehsalı olan peyvəndlərə qarşı "əsassız ajiotaj" olduğunu düşünür. Pediatr “Şərq”ə açıqlamasında bu vaksinə qarşı inamsızlıq və narazılıq üçün heç bir əsas olmadığını əlavə edib: “Hindistan peyvəndi zəncəfil və darçın deyil. Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi peyvənddir. Peyvəndin keyfiyyətini onun hansı ölkədə istehsal edilməsi müəyyən etmir. Əvvəldən verilən resept müəyyən edir. Bu resepti isə ÜST verir. Üstəlik də, Hindistan Serum İnstitutu Pvt. Ltd. hazırda dünyada istehsal edilən və satılan vaksin dozalarının sayına görə (1,5 milyard dozadan çox) dünyanın ən böyük peyvənd istehsalçısıdır ki, bura polio peyvəndi, difteriya, tetanus, göyöskürək, Hib, BCG, r-Hepatit B, qızılca, parotit, məxmərək, pnevmokok kimi peyvəndlər daxildir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə