Narkozsuz əməliyyat olundu: “Hər şeyi hiss edirdim…”
Yusif Nəzərli
06:47 01.02.2024
Dünya
433
Keyləşdirici iynə, ya da narkoz almadan – anestezioloqsuz əməliyyatlar tarixdə olub. Müxtəlif səbəblərdən. Məsələn, müharibələrin gedişatında döyüşlər getdiyi zaman cərrahlar əsgərin həyatını xilas etmək üçün keyləşdiricinin gətirilməsini gözləməyib əməliyyat ediblər. Yaxud da uyğun şərtlər olmayan məkanlarda yenə də insan həyatını xilas etmək üçün həkimlər narkoz iynəsinin olmamasına baxmayaraq, cərrahi əməliyyatlar ediblər. İsveçrəli Daniel Gisler isə əməliyyat ediləcəyini bildiyində israr edib: “anestezi istəmirəm”.
“Sherg.az” “Milliyet.com.tr”tə istinadən keyləşdiricisiz əməliyyat edilən isveçrəlinin həyat hekayəsini təqdim edir. 2022-ci ilin martında Daniel Gisler Baden şəhərində yaşadığı evdə ayağı sürüşüb yıxılıb. Məlum olub ki, həm diz qapağının altındakı 2 sümükdən biri, həm də baldır sümüyü qırılıb. Həkimlər cərrahi əməliyyat keçirməli olduğunu bildirib. Ayağına platin qoyulub. İlk əməliyyat uğurlu keçib, lakin sonradan hər dəfə ayaqqabılarını geyinərkən platinlərdən biri ətinə batdığı üçün onu incitməyə başlayıb. Ağrı artdığından D.Gisler platinlərin çıxarılmasını istəyib. Əməliyyat zamanı isə keyləşdirici istifadə edilməməsində israr edib. Baden Kanton Xəstəxanasının Ortopediya və Travmatologiya bölümünün başqanı Karim Eid buna təəccüb edib. Ən təəccüblüsü və həkimləri heyrətə salansa pasiyentin “məni hipnozla əməliyyat edin”, istəyi olub. Həkimlər 55 yaşlı adamın istəyinə əməl etməli olub. Baxmayaraq ki, platinləri çıxarmaq üçün ayaqda 10 santimetrlik ölçüdə kəsiklər açmalıdırlar. D.Gisler əməliyyatdan 40 dəqiqə əvvəl hipnoterapist Lajla Tahicin sakitləşdirici sözlərini dinləyib. Onun məqsədi hipnozun ən yüksək səviyyəsi – esdailə (Ceyms Esdailin adından götürülüb) çatmaq və bunu əyani hiss etmək olub. Daniel əməliyyat zamanı əslində oyaq olub, cərrahların bütün hərəkətlərini görüb, izləyib, lakin ağrı hiss etməyib. Əməliyyatdan sonra da o özünü çox rahat hiss etdiyini deyib. O, əməliyyatdan 60 dəqiqə sonra xəstəxananı tərk edib. Və evinə gedib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət