Sahibə Qafarova sədri Mövlud Çavuşoğlu ilə görüşüb
13:10 04.12.2024
Siyasət
299
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sherg.az-a verilən xəbərə görə, görüşdə dost və qardaş ölkələrimiz, o cümlədən, qanunverici orqanlarımız arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə edilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına əsaslanan və bütün sahələri əhatə edən münasibətlərimiz dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə yüksəlib.
Tərəflər yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də inkişaf etdirildiyini diqqətə çatdırıblar.
Mövlud Çavuşoğlu Azərbaycanda növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib.
Parlament sədrləri, dostluq qrupları və deputatlar arasında təmasların münasibətlərimizə mühüm töhfələri qeyd edilib. Həmçinin qanunverici orqanlarımızın və deputatların bütün beynəlxalq parlament təşkilatlarında ortaq mövqedən çıxış etdikləri məmnunluqla diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkələrimizə qarşı bir sıra dairələr tərəfindən həyata keçirilən qarayaxma və təzyiq kampaniyalarına qarşı mübarizədə parlamentarilərimizin əməkdaşlığı olduqca vacibdir.
Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı da fikirlər səsləndirilib. Bu tarixi zirvə toplantısının ölkəmizin qlobal proseslərə növbəti töhfəsi kimi dəyərləndirilib.
Görüşdə regionda mövcud olan vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb. Həmçinin Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda beynəlxalq konfransının əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya