Roma Papası Milad bayramında münaqişə zonalarında atəşkəsə çağırıb
Yusif Nəzərli
20:08 22.12.2024
Dünya
322
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Milad bayramında münaqişə zonalarında atəşkəsə çağırıb.
AZƏRTAC xəbər verir ki, Fransisk ənənəvi “Angelus” duası zamanı Milad bayramı ilə əlaqədar dinc insanlara təsir edən müharibə zonalarında atəşkəs çağırışı edib.
“Qoy silahlar sussun və Milad mahnıları səslənsin! Milad bayramında bütün müharibə cəbhələrində, Ukraynada, Müqəddəs Torpaqda, Yaxın Şərqdə və bütün dünyada atəşkəs üçün dua edək”, - deyə Roma Papası vurğulayıb.
O, insanları müharibə və zorakılıqdan əziyyət çəkənlər üçün dua etməyə çağırıb, münaqişə zonalarında günahsız azyaşlı uşaqların məruz qaldıqları qəddarlığı pisləyib.
Qeyd edək ki, Papa Fransisk soyuqdəymə səbəbindən “Angelus” duasını iqamətgahının Müqəddəs Pyotr meydanına baxan pəncərəsindən deyil, ofisində kameralar qarşısında edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı