
Parlamentari: İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır
13:30 02.06.2025
Siyasət
548
Azər Badamov: Azərbaycan-İtaliya münasibətlərinin dərinləşməsi regiona inkişaf və sabitlik gətirir
Azərbaycan ilə İtaliya arasında dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin dinamik və çoxşaxəli inkişafı məmnunluq doğurur. Bu fikir Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlət başçısı vurğulayıb ki, iki ölkə iqtisadiyyat, ticarət, enerji, investisiya, müdafiə və humanitar sahələrlə yanaşı, elm və təhsil istiqamətlərində də səmərəli əməkdaşlıq həyata keçirir. İlham Əliyev Azərbaycan-İtaliya münasibətlərinin ilbəil daha da zəngin məzmun kəsb etdiyini qeyd edib.
Prezident məktubunda həmçinin bildirib ki, Azərbaycan üçün strateji tərəfdaş olan İtaliya ilə əlaqələrin bütün sahələrdə inkişafı xüsusi əhəmiyyət daşıyır. Yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma bu münasibətlərin dərinləşməsi üçün mühüm əsas yaradır.
Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a söyləyib ki, Azərbaycan-İtaliya münasibətləri qarşılıqlı hörmət və fayda əsasında günü-gündən dərinləşməkdədir:

"İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır. Biz İtaliya üzərindən Avropa İttifaqına üzv digər dövlətlərinə inteqrasiya oluna bilirik. Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, energetika, sərmayə, müdafiə, humanitar, o cümlədən elm, təhsil və digər sahələr üzrə inkişaf etməkdədir. Digər tərəfdən dövlət başçıları arasında formalaşmış şəxsi dostluq münasibətləri ölkələrimiz arası münasibətlərin inkişafına yeni impuls verir. İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşıdır. Bu ölkənin şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. Həmçinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesində də İtlaiyan şirkətləri xüsuisi töhfələr veririr. Ölkələrarası siyasi münasibətlər yüksək səviyyədədir".
Deputat qeyd edib ki, İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və haqq işini dəstəkləyir:
"Dövlət başçımızın 2 İyun-Respublika Günü münasibətilə Prezident Sercio Matteriallaya göndərdiyi təbrik məktubunda Azərbaycanla İtaliya arasında dotluq və əməkdaşlıqın dərinləşdirlməsində maraqlı olduğumuzu bildirib. Bu həm də xalqlarımızı bir-birinə yaxınlaşdırır. Ümumiyyətlə Azərbaycan-İtaliya münasibətlərinin dərinləşməsi regiona inkişaf və sabitlik gətirir desək, yanılmarıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya