
Dərman, sirkə və şoraba... - Professor evdəki səssiz qatil “üçlüyü” açıqladı
Yusif Nəzərli
02:43 05.06.2025
Sağlamlıq
544
May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 103 nəfər qəbul edilib. KTM-nin məlumatına görə, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 30 nəfər sirkə turşusundan, 2-si spirtli içkidən, 8-i ilan sancmasından zəhərlənən şəxslərdir. Həmçinin onlardan 1 nəfər dəm qazından, 14 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 2 nəfər fosfor üzvi birləşmələrdən, 4 nəfər yabanı bitkilərdən zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4 nəfər (3 kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Statistikaya nəzər salan professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirib ki, son illər açıqlanan rəqəmlər göstərir ki, xüsusilə dərman və sirkə turşusu ilə zəhərlənmə halları üstünlük təşkil edir. Onun sözlərinə görə, bu zəhərlənmələrin əksəriyyətinin qəsdən və ya təsadüfən baş verən intoksikasiyalarla əlaqəli olduğunu göstərir:
“Əvvəla qeyd edim ki, zəhərlənmə qidaların düzgün saxlanılmaması və istifadə olunmamasından, konservləşdirmə prosesinin qaydalara uyğun aparılmamasından baş verir. İnsanlar çox vaxt konservləşdirilmiş qidalardan zəhərlənir. Burada əsasən, ev şəraitində hazırlanmış qidalardan söhbət gedir. Ev şəraitində hazırlanmış yeməklər, şorabalar əgər öz rəngini, möhtəviyyatını dəyişibsə, suyu bulanıbsa, köpüklənibsə, qapağı şişibsə, bu o deməkdir ki, orada müəyyən dəyişikliklər baş verib və artıq ondan qida üçün istifadə etmək olmaz. Təəssüflər olsun ki, bu cür qidalardan istifadə olunur və ailəlikcə zəhərlənmə halları qeydə alınır. Balıq məhsullarından istifadə zamanı əgər onlar düzgün saxlanılmayıbsa, zəhərlənmə halları ola bilər. Göbələklərdən, balıqdan, şorabalardan, boyat qidalardan istifadə edərkən diqqətli olmaq lazımdır. İnsanlar bu məsələlərə həssas yanaşsa, zəhərlənmə hallarının da sayı azalar”.
Dərmandan zəhərlənmə hallarına gəlincə, A.Qeybulla qeyd edib ki, xəstə müalicə məqsədilə dərman qəbul edib və zəhərlənibsə, bu, dərman vasitəsinin yan təsirindən qaynaqlanır. Dərmandan zəhərlənmə halı varsa, bu, mütləq şəkildə araşdırılmalıdır:
“Əhali arasında məişətdə istifadə olunan kimyəvi maddələrin təhlükələri barədə maarifləndirmə işləri gücləndirilməlidir.
Dərmanların, xüsusilə psixotrop və toksik təsirli preparatların nəzarətsiz istifadəsinin qarşısı alınmalı, ev şəraitində qorunması üçün təhlükəsizlik tədbirləri artırılmalıdır”.
Professor sirkə turşusundan zəhərlənmələrin adətən özünə qəsd xarakteri daşıdığını bildirib:
“Bəzi hallarda isə insanlar bilmədən qatı sirkə turşusu qəbul edirlər və nəticədə zəhərlənmə, bəzən də ölüm hadisəsi baş verir. Bu, sirkə turşusunun istifadəsi ilə bağlı ciddi təhlükələri göstərir. Sirkə turşusu ilə zəhərlənmələrdə orqanizmin müxtəlif sistemlərinə ciddi təsirlər müşahidə olunur. Bu səbəbdən, sirkə turşusu kimi təhlükəli maddələrin evdə təhlükəsiz şəkildə saxlanılması və uşaqların əli çatmayan yerlərdə yerləşdirilməsi vacibdir. Sirkə turşusunun soyuducunun aşağı gözündə saxlanılması uşaqlar üçün təhlükə yarada bilər, çünki onlar bu məhlulu su zənn edərək içə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya