20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü tariximizin şanlı səhifəsi kimi
18:28 15.09.2025
Gündəm
561
“2023-cü ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli antiterror tədbirləri nəticəsində Qarabağda mövcud olmuş separatçı silahlı dəstələr tərksilah edildi, qondarma rejim ləğv olundu. Bununla da Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Bu əməliyyat dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri kimi yaddaşlara həkk olundu”.
Bu sözləri Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Elnarə Akimova 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günündən bəhs edərkən dedi.
Millət vəkili bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməyə başlanıldı.
“Bu günün təsis edilməsi 30 ildən artıq davam etmiş işğalın sona çatmasının, minlərlə şəhidin qanı və canı bahasına qazanılmış qələbənin rəmzidir.
2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısının sözləri bu tarixi anın mahiyyətini açıq göstərirdi:
“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı... Düz 20 il bundan əvvəl xalqıma söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər icra edildi.”
Bu çıxış Azərbaycan xalqının həmrəyliyini və dövlətin qətiyyətli siyasətinin nəticələrini nümayiş etdirdi”.
E.Akimova həmçinin söhbət əsnasında 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən Vətən müharibəsi Zəfərinin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı da xatırladı:
“Prezident İlham Əliyev çıxışında Şuşanın azad edilməsini “Qarabağın tacının geri qaytarılması” kimi dəyərləndirdi və Azərbaycan xalqının bu günə illərlə hazırlaşdığını vurğuladı.
Həmçinin, ölkə başçısı İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradıldı. Universitet artıq fəaliyyətə başlayıb və dövlət başçısının sözləri ilə desək, Xankəndi tələbələr şəhərinə çevrilb. Bu ali məktəb Qarabağın elmi, mədəni və sosial inkişafına böyük töhfə verəcək”.
Bizimlə söhbətində E.Akimova Ağdərə rayonunun yaradılmasından, həmçinin Xankəndidə keçirilən ölkə əhəmiyyətli tədbirlərdən də danışdı.
“Azərbaycan Respublikasının Milli Məclisi 5 dekabr 2023-cü ildə qəbul etdiyi qanunla inzibati ərazi bölgüsündə dəyişiklik edərək, mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonunun yaradılmasına qərar verdi. Bu qərar dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədi daşıyır.
2023-cü il dekabrın 21-də Xankəndidə 30 ildən sonra ilk rəsmi futbol oyunu keçirildi. Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-lə qarşılaşdı. Prezident İlham Əliyevin oyunu izləməsi Qarabağın mədəni və idman həyatına dönüşün simvoluna çevrildi.
Prezident İlham Əliyev 2023-cü ildən bu günədək Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərlər etmiş, açılışlarda, təməlqoyma mərasimlərində iştirak etmişdir. Bu səfərlər regionda sürətlə aparılan bərpa-quruculuq işlərinin və dövlət siyasətinin praktiki təzahürüdür.
Xankəndidə hotellərin, konqres mərkəzlərinin, məktəblərin, uşaq bağçalarının, Zəfər parkının, dəmir yolu və avtovağzal kompleksinin açılışı və təməlqoyması – bütün bunlar qısa müddətdə əldə edilən uğurların bariz nümunəsidir.
Xankəndi antiterror əməliyyatından ötən iki ildə Azərbaycan təkcə suverenliyini bərpa etməmiş, həm də azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir.
Bu gün artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin rəmzlərinə çevrilib və bayrağımız bu torpaqlarda əbədi dalğalanacaq”,- deyə millət vəkili qeyd etdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol