
Analitik: Makron real addım atmasa, aksiyalar Fransanın iqtisadi sistemini çökdürə bilər
Yusif Nəzərli
05:51 30.09.2025
Dünya
421
Zeynal Əmrəliyev: “Etirazlar hökumətdən yox, ədalətsiz idarəçilik sisteminə qarşı yönəlib”
Fransada etirazların davamı olaraq müəllimlər, nəqliyyat işçiləri, xəstəxana heyətləri, əczaçılar və ictimai sektorda çalışanlar tətil elan ediblər. Məqsəd yeni Baş nazir Sebastyan Lekornyunun maaş və təqaüdlər, eləcə də ictimai xidmətlərlə bağlı qəbul edilmiş qərarları yenidən nəzərdən keçirməyə məcbur etməkdir. Tətillər səbəbindən məktəblər, dəmir yolu və aviasiya sektorlarının fəaliyyətində ciddi problemlər yaşanır. Daxili işlər naziri Bruno Retalo aksiyaların hibrid olduğunu, etiraza icazə verilmiş insanlarla ultra-solçu təxribatçıların bir-birinə qarışdığını qeyd edib. Qeyd edək ki, Fransa siyasi rəhbərliyinin qeyri-stabilliyi, maaş və təqaüdlərlə, ictimai xidmətlə bağlı siyasəti, büdcədə olan nöqsanlar bir müddətdir əhalinin qəzəbinə səbəb olub. İki ildən az bir müddətdə Fransada təyin olunan 5-ci Baş nazir Sebastyan Lekornyunun əvvəlki büdcə siyasətini dəyişməklə bağlı vədləri də etirazçıların hiddətini soyuda bilməyib.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, Fransada baş verən son etirazlar və genişmiqyaslı tətillər bir neçə sosial, iqtisadi və siyasi problemin kulminasiya nöqtəsidir. Ekspert vurğulayıb ki, Prezident Emmanuel Makronun dövründə vəzifədə çalışmış baş nazirlərin həyata keçirdiyi sosial-iqtisadi siyasət xalqda hiddət doğurur:

"Mitinqlərdə iştirak edən əsas təbəqə ictimai xidmət sektorunun işçiləridir. Buna səbəb odur ki, illərdir Fransada maaşlar artırılmır. İnsanlar verilən əmək haqqının onların həyat səviyyəsinə uyğun olmadığı barədə dəfələrlə həmkarlar ittifaqları vasitəsilə hökumətə çağırışlar ediblər. Lakin fransız hökuməti insanların maaş ehtiyacını qarşılamaqda çarəsiz vəziyyətə düşüb. Maaşların artırılmaması ilə bərabər ölkədə "sakit inflyasiya" hökm sürür. Son illərdə enerji sahəsində və ərzaq qiymətlərində ciddi artım müşahidə edilir. Bu da insanlarda narazılığın yaranmasına səbəb olur. Ölkədəki narazılığın ən pis həddi isə Prezident Makronun hökuməti tərəfindən həyata keçirilən təqaüd islahatları oldu. Pensiya yaşı artırılıb və bu, əhalinin geniş təbəqəsi tərəfindən ədalətsiz addım kimi qiymətləndirilib. Yeni Baş nazir Sebastyan Lekornyunun bu siyasətləri yenidən nəzərdən keçirəcəyi gözlənilsə də, bu baş vermədiyi üçün narazılıqlar daha da artıb".
Z.Əmrəliyev əlavə edib ki, əslində, bu kimi məsələlərlə daha çox hökumət məşğul olsa da, burada əsas günahkar ölkə prezidentidir:
"Prezident Makron vəzifəyə gələn hər hökumət rəhbərinə təzyiq göstərərək öz ağlındakı iqtisadi siyasəti tətbiq edir. Bu baxımdan etirazlar hökumətdən daha çox ölkədə baş verən ədalətsiz idarəçilik sisteminə qarşı yönəlib. Heç təsadüfi deyil ki, aksiyalarda solçu - anarxist qruplar da fəal şəkildə iştirak edirlər. Bu isə sistemi təhdid edən amildir. Makron real addımlar atmasa, bu dəfə məsələ baş naziri dəyişdirməklə bitməyə bilər. Bu aksiyalar Fransada radikal solun yüksəlişi və ölkənin iqtisadi sisteminin çöküşünə səbəb ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
23:35 14.07.2026
Gündəm
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə