
41-42 dərəcə istidə işlər dayandırılmalıdır
Yusif Nəzərli
12:19 15.08.2022
Sağlamlıq
617
Sahib Məmmədov:“Əgər işi dayandırmaq mümkün deyilsə, bu halda işəgötürən elə tədbirlər görməlidir ki, işçilərin sağlamlığına ziyan dəyməsin”
“Açıq hava şəraitində fəaliyyət göstərən şəxslər üçün həmin iş yerlərində çətirlər qurulmalı, işçilərə tez-tez qısamüddətli fasilələr verilməli və onlar sərinləşdirici içkilərlə təmin olunmalıdır”
Son günlər ölkə ərazisində isti hava şəraiti hökm sürür. Bəzi günlərdə temperatur 40,41 dərəcəni də keçir. Buna rəğmən açıq havada çalışanlar öz fəaliyyətlərini əvvəlki kimi davam etdirirlər. Beləcə onların həyatı, sağlamlığı üçün ciddi təhlükələr yaranır. Hüquq müdafiəçisi Sahib Məmmədov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, 41-42 dərəcə istidə havanın temperaturunu suni şəkildə tənzimləmək mümkün olmadığı yerlərdə işlər dayandırılmalıdır:

“Amma elə işlər var ki, onları dayandırmaq mümkün deyil. Məsəl üçün, betontökmə və s.kimi təxirəsalınmaz işləri yarımçıq saxlamaq olmur. Əgər işi dayandırmaq mümkün deyilsə, bu halda işəgötürən elə tədbirlər görməlidir ki, işçilərin sağlamlığına ziyan dəyməsin. Bunun üçün bir sıra tədbirlər görülə bilər”.
S.Məmədovun sözlərinə görə, açıq hava şəraitində fəaliyyət göstərən şəxslər üçün həmin iş yerlərində çətirlər qurulmalı, işçilərə tez-tez qısamüddətli fasilələr verilməli və onlar sərinləşdirici içkilərlə təmin olunmalıdır:
“Belə adamların günvurmadan qorunması vacibdir. Qanunvericilik də bunu əsas götürür”.
Qeyd edək ki ,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsi soyuq və isti hava şəraitində fasilələr və işin dayandırılmasından bəhs edir. Həmin maddədə qeyd olunur:
“İşçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm