ABŞ-nin Şimali Karolina ştatında 561 nəfərdə aşkarlanan Cyclospora parazitinə yoluxma halları ilə bağlı araşdırma aparılır.
Sherg.az xəbər verir ki, səhiyyə qurumları yoluxmanın cəfəri ilə əlaqəli ola biləcəyini, eyni zamanda keşniş və kahının da araşdırılan məhsullar sırasında olduğunu açıqlayıb.
Mütəxəssislərin sözlərinə görə, infeksiya uzunmüddətli ishal, ürəkbulanma, qarın ağrısı, iştahasızlıq və güclü halsızlıq kimi əlamətlərlə müşayiət olunur.
Rəsmilər xüsusilə çiy istehlak edilən göyərtilərin yaxşı yuyulmasını, mümkün olduqda isə bişirilərək istifadə edilməsini tövsiyə edirlər. Araşdırmalar davam edir və yoluxmanın mənbəyi hələ dəqiqləşdirilməyib.