8–9 yaşlı uşaqlarda belə boyun yırtığı artır - səbəb ekran asılılığıdır

Mütəxəssislər xəbərdarlıq edir ki, rəqəmsal həyat tərzi uşaqların sağlamlığı üçün ciddi riskə çevrilib. Sherg.az-ın məlumatına görə, artıq hərəkətsizlik və ekran asılılığı səbəbindən 8–9 yaşlı uşaqlarda belə boyun düzləşməsi və boyun yırtığı halları müşahidə olunur.

Qeyd olunur ki, rəqəmsal asılılıq yalnız fiziki deyil, psixoloji problemlərə də səbəb olur. Ənənəvi oyunlar getdikcə yerini alqoritmlərlə idarə olunan rəqəmsal oyunlara verir.

Mütəxəssislər valideynlərə çağırış edərək bildiriblər ki, uşaqlara nəzarətsiz azadlıq vermək risklidir və sağlam inkişaf üçün müəyyən qaydalar və məhdudiyyətlər vacibdir.