AB-dən sosial media xəbərdarlığı: Gənclərdə psixi sağlamlıq böhranı dərinləşir

Avropa İttifaqı (Aİ) Komissiyasının Nəsillərarası Ədalət, Gənclik, Mədəniyyət və İdmandan məsul üzvü Glenn Micallef bildirib ki, sosial mediada həddindən artıq vaxt keçirmək və ekran istifadəsinin artması ciddi narahatlıq doğurur.

Sherg.az xəbər verir ki, o, Avropa Parliamentində keçirilən müzakirələrdə qeyd edib ki, bu vəziyyət Avropada gənclər arasında psixi sağlamlıq böhranının əsas səbəblərindən biridir.

Micallef həmçinin yaşa uyğun olmayan kontentə çıxışın qarşısının alınmasının vacibliyini vurğulayaraq, platformaların bu məsuliyyətə görə cavabdeh tutulmalı olduğunu bildirib.

AB rəsmisi bəzi internet platformaları ilə bağlı araşdırmaların aparıldığını və qaydalara uyğunluq pozuntusu aşkar edilərsə, tədbirlər görüləcəyini deyib.