
Adil Qeybulla: Özəl klinikalarda xeyli çatışmazlıqlar var
11:46 16.05.2024
Sağlamlıq
845
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılır.
Mərkəzin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs olması müəyyən edilib.
Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidentinə həvalə edilib.
Nazirlər Kabinetinə Mərkəzin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, idarəetmə orqanlarının yaradılması səlahiyyəti verilib.
Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tibb müəssisələrinin akkreditasiyası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, iki ay müddətində Mərkəzin nizamnaməsini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən Mərkəzin inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Səhiyyə Nazirliyi Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, özəl sektorda tibb müəssisələrinin artması və icbari tibbi sığortanın tətbiqi vətəndaşları geniş əhatə edən tibb xidmətlərininin keyfiyyətinə nəzarətin artırılmasını tələb edir:

“Özəl klinikalarda xeyli çatışmazlıqlar var və bir çox problemlər yaşanır. Məlumatlar var ki, sənədinə uyğun olmayan insanlar özəl klinikada çalışır və bəzən də xəstəyə göstərilən yardımlar standartlara uyğun olmur. Bu cür məsələlər artıq belə qurumun yaranma zərurətini ortaya atıb. Qurumun məqsədi xəstəxanaların akkreditasiya sistemidir. Yəni onların beynəlxalq standartlara cavab verməklə lisenziya alması sistemidir. Xəstəxanalarda tibbi fəaliyyət, sterilliyin gözlənilməsi, çalışan həkimlərin ixtisasa uyğunluğu və peşəkarlıq səviyyəsi məsələləri qaydaya salınmalıdır. Hesab edirəm ki, artıq xəstəxanalardakı vəziyyətə görə bu cür quruma ehtiyac yaranıb. Azərbaycan təbabəti beynəlxalq standartlara uyğun çalışmalıdır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya