“Ağ ölüm”ün qarşısı alınmalıdır"
Yusif Nəzərli
02:14 17.06.2022
Sağlamlıq
647
Könül Nurullayeva: "Gənclərin idmana olan marağı daha da artırılmalıdır ki, bu zərərli vərdişlərdən uzaq olsunlar"
"Narkomaniya cəmiyyətləri narahat edən sosial problemlərdən biridir. Həyata keçirilən tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətlərin bu istiqamətdə sərt addımlar atmasını şərtləndirir".
Bu sözləri "Şərq"ə açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.
Bütün ölkələr kimi Azərbaycanın da bu bəla ilə aktiv mübarizə apardığını vurğulayan deputat xanım bildirib ki, burada ən narahatedici məqam “ağ ölüm”ün daha çox gənclər üçün təhlükəyə çevrilməsidir: "Nəticə etibarı ilə bu, intellektual potensialın aşağı düşməsinə, genefondun zədələnməsinə səbəb olur.
Məlumdur ki, gənc nəslin sağlamlığı, onların sağlam həyat tərzinin təmin olunması əsas prioritetdir. Bu baxımdan dövlət narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizədə ən sərt tədbirlər həyata keçirir. Ölkəmizdə beynəlxalq standartlara uyğun milli normativ hüquqi baza yaradılıb və qanunvericilik sistemi təkmilləşdirilib.
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Prezident fərmanı, eyni zamanda 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlanmasını yada salmaq yerinə düşər. Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanun qəbul olundu. Təsadüfi deyil ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının da əsas məqsəd və vəzifələrindən biri gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi və narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikasıdır".
Millət vəkilinin sözlərinə görə, bütün tədbirlər bu problemin kökünü kəsməyə, cəmiyyəti ağ ölümdən xilas etməyə yönəlib. Amma təəssüf ki, yenə də gənclər, yeniyetmələr narkotik alverçilərinin toruna düşürlər:
"Narkomanlığa qarşı mübarizədə dövlət və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi olduqca vacibdir. Azərbaycan beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulub.
Hesab edirəm ki, narkomanlığa qarşı mübarizənin gücləndirilməsində təbliğat, ictimai maarifləndirmə işinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunması olduqca vacibdir. Qəbul olunan Dövlət proqramlarının icrasına nəzarət güclənməli, gənclərin idmana olan marağı daha da artırılmalıdır ki, bu zərərli vərdişlərdən uzaq olsunlar.
Yəni narkomaniyaya qarşı mübarizədə sislemli və kütləvi şəkildə, fasiləsiz aparılmalıdır. Təbii ki, vətəndaşlar özləri də bu prosesdə iştirak etməli, ictimai qınaq daha da güclənməlidir. Çünki bu, yalnız fərdlərin yox, bütövlükdə cəmiyyətin problemidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İranın Omanda müzakirə edəcəyi məsələlər açıqlandı
17:56 05.02.2026
Dünya
Rusiyanın “Tramp Marşrutu”nda iştirakı qeyri-mümkündür - ŞƏRH
17:48 05.02.2026
Gündəm
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı
17:17 05.02.2026
Gündəm
ABŞ İsraildən İrana hücum etməməsini istədi
16:59 05.02.2026
Dünya
“Kimdənsə küsmək fikrimiz yoxdur” - Qurban Qurbanov
16:55 05.02.2026
Futbol
İlham Əliyev: Qardaş ölkəyə dəstək regional sabitliyi gücləndirir
16:49 05.02.2026
Gündəm
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
16:45 05.02.2026
Gündəm
Separatçılara verilən cəza xalqı iki hissəyə bölüb - RƏY
16:43 05.02.2026
Aktual
ABŞ səfirliyindən azərbaycanlılara müraciət
16:14 05.02.2026
Gündəm
Daha 7 erməniyə hökm oxunub
16:02 05.02.2026
Gündəm
Epşteyn qalmaqalı təkcə cinayət deyil - RƏYLƏR
15:58 05.02.2026
Gündəm
Yunanıstanın Baş naziri Türkiyəyə səfər edəcək
15:26 05.02.2026
Dünya
Naxçıvanda qarın hündürlüyü 89 sm olub - FOTO
15:24 05.02.2026
Ekologiya
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
15:16 05.02.2026
Ölkə