Yeni araşdırmalar göstərir ki, müntəzəm ağırlıq və müqavimət məşqləri erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.
Sherg.az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, həftədə 90 dəqiqə-2 saat arası ağırlıq məşqləri edən insanlarda ürək-damar xəstəlikləri və insultdan ölüm riski daha aşağı olur.
Tədqiqatlar həmçinin göstərir ki, bu cür məşqlər nevroloji xəstəliklərdən ölüm riskini də azaldır.
147 mindən çox insanın məlumatları analiz edilib və nəticələrə əsasən, müntəzəm güc məşqləri edənlərdə ümumi erkən ölüm riski təxminən 13% azalıb. Ürək-damar xəstəliklərindən ölüm riski 19%, nevroloji xəstəliklərdən ölüm riski isə 27% aşağı olub.
Mütəxəssislər bildirirlər ki, həm aerobik (qaçış, velosiped, üzgüçülük), həm də güc məşqlərinin birlikdə edilməsi ən yaxşı nəticəni verir. Bu halda erkən ölüm riskində azalma 58%-ə qədər çata bilər.
Araşdırmaya görə, həftədə 2 saatdan çox ağırlıq məşqi etmək isə əlavə fayda vermir.
Ekspertlər qeyd edirlər ki, güc məşqləri təkcə fiziki sağlamlığı deyil, həm də sümük möhkəmliyini, maddələr mübadiləsini və hətta zehni funksiyaları yaxşılaşdıra bilər.