Allergik rinit astma riskini artırır

Mütəxəssislərə görə, allergik rinit (saman allergiyası) astma xəstəliyinin yaranma riskini əhəmiyyətli dərəcədə artırır.

Sherg.az xəbər verir ki, allergik meyilli insanlarda astma riski 10-20 dəfə daha yüksək olur, allergik riniti olanlarda isə bu göstərici 9-14 dəfə artır.

Astma - nəfəs yollarının daralması ilə nəfəs darlığı, öskürək və xırıltılı nəfəsalma kimi əlamətlərlə özünü göstərən xroniki xəstəlikdir. Genetik meyillilik, siqaret tüstüsü, hava çirkliliyi və allergenlər xəstəliyi yaradan əsas amillərdir.

Mütəxəssislər bildirirlər ki, astma nəzarət altında saxlanıla bilən bir xəstəlikdir və düzgün müalicə ilə xəstələr normal həyat yaşaya bilirlər. Həmçinin qeyd olunur ki, allergik rinit və astma xüsusilə uşaqlarda tez-tez birlikdə müşahidə olunur.