Altsheymerdə erkən diaqnoz mümkündür -Qan testi aşkarlayacaq
Yusif Nəzərli
22:43 24.04.2025
Sağlamlıq
440
İspaniyada aparılan bir araşdırma, althseymer xəstəliyinin ilkin mərhələdə qan analizi ilə müəyyən edilə biləcəyini ortaya qoyub. Yeni üsul diaqnostik xərcləri əhəmiyyətli dərəcədə azalda bilər.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, "Hospital del Mar" Araşdırma İnstitutunun və Barselona Beta Beyin Araşdırma Mərkəzinin tədqiqatçıları altsheymer riskini təyin etmək üçün istifadə edilən “phospho-tau217” biomarkerinin hətta xəstəliyin ilkin mərhələlərində də təsirli olduğunu göstəriblər. Tədqiqat İsveçdə dörd xəstəxana əsaslı qrup və ilkin tibbi yardım qrupu üzrə 1767 nəfərin məlumatlarını təhlil edib. Tədqiqatçılar bu biomarkerin althseymerin idrak pozğunluğunun əlamətlərini göstərən fərdlərdə dəqiq olduğunu tapdılar. Test xüsusilə xəstəliyin ilkin mərhələlərində yüksək dəqiq nəticələr verir və əlavə və daha bahalı testlərə ehtiyac olub-olmadığını müəyyən etməyə kömək edir. "Hospital del Mar" və "Barcelona Beta Brain Research Center"də olan Dr. Marc Suarez-Calvet, araşdırma ilə bağlı verdiyi açıqlamada, "Bu inkişaf bizə əlavə testlərə ehtiyacı olanları müəyyən etməyə kömək edə bilər, çünki bu, altsheymer xəstəliyinin hətta erkən mərhələlərində də böyük dəqiqliklə aşkarlanmasına imkan verir", deyib. Calvet, “P-tau217” biomarkerinin səviyyələrinin iki fərqli həddi müəyyən etdiyini və bu səviyyələr arasında qalan insanların əlavə testlərə ehtiyacı olduğunu və biomarker nəticələrinin həmişə bir mütəxəssis səhiyyə işçisi tərəfindən qiymətləndirilməsi lazım olduğunu vurğulayıb. Tədqiqatlar göstərib ki, bu test altsheymerin diaqnozunda xərcləri azalda bilər, mövcud üsullarla müqayisədə 60-81 faiz arasında qənaət edə bilər. Bununla belə, testin klinik tətbiqlərdə tam istifadə edilməsi üçün daha çox araşdırmaya ehtiyac olduğu bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm