Ana fədakarlığı möcüzə yaratdı: Oğluna böyrəyini verib həyat bağışladı

Bakıda yaşayan Süleyman Vəliyev üçün anasının etdiyi fədakarlıq yeni bir həyatın qapısını açıb.

Sherg.az xəbər verir ki, uşaqlıqdan böyrək xəstəliyi ilə mübarizə aparan Vəliyevin vəziyyəti son illərdə ağırlaşıb və o, təxminən 8 ay əvvəl dializ müalicəsinə başlayıb. Sağlamlığının pisləşməsi səbəbindən işləyə bilməyən xəstə üçün yeganə ümid orqan köçürülməsi olub.

Müalicə üçün Türkiyəyə gələn Vəliyev əməliyyatını anası Gülər Vəliyevanin fədakarlığı sayəsində keçirib. 56 yaşlı ana Ankara Bilkent Şəhər Xəstəxanasında oğluna böyrəyini bağışlayıb.

Ana Vəliyeva bildirib ki, “Ana övladı üçün canını belə verər” deyərək bu qərarı tərəddüdsüz qəbul edib.

Həkimlərin məlumatına görə, əməliyyat uğurla keçib və həm donor, həm də pasiyent hazırda yaxşı vəziyyətdədir. Bundan sonra Süleyman Vəliyevin dializ ehtiyacı da olmayacaq.

Mütəxəssislər bildirirlər ki, belə canlı donor transplantasiyaları böyrək çatışmazlığı olan xəstələr üçün ən effektiv müalicə üsullarından biridir.