Araşdırma: İsti hava aqressiyanı artırır

Havanın həddindən artıq isti keçməsi insanların psixoloji vəziyyətinə təsir edərək aqressiya və əsəbilik riskini artırır.

Sherg.az xəbər verir ki, bu barədə müxtəlif elmi araşdırmalara istinad edən türkiyəli jurnalist Kadir Kaymakçı yazıb. Mütəxəssislərin fikrincə, yüksək temperatur stress hormonlarını artırır, yuxu keyfiyyətini və diqqəti azaldır ki, bu da insanların daha tez qəzəblənməsinə səbəb olur.

Araşdırmalarda vurğulanır ki, isti hava təkbaşına zorakılığa səbəb olmasa da, sosial və psixoloji amillərlə birlikdə aqressiv davranışların artmasına təsir göstərir.