Azərbaycanda ilk kimlərin vaksinasiya olunacağı AÇIQLANDI
07:26 16.01.2021
Sağlamlıq
595
Vaksinasiyada strateji prinsiplərdən birincisi könüllük, ikincisi isə təhlükəsizlikdir.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib.
O bildirib ki, virusla müqayisədə təhlükəsiz vaksin seçilib:
“Vaksinasiyanın strategiyasını şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət, əməkdaşılıq prinsipləri təşkil edir. Əhalinin risk qrupuna daxil olan hissəsi maksimum dərəcədə vaksinasiya ilə əhatə olunmalıdır”.
Onun sözlərinə görə, strategiyanın əsas hissəsini sosial və tibb cəhətdən risk qruplarına daxil olan şəxslər təşkil edir:
“Vaksinasiyanın ilkin mərhələsi səhiyyə işçilərini (həkim, orta və kiçik tibb heyəti, texniki heyət), hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hərbi qulluqçuları və s. qrupları əhatə edəcək.
Birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq-mühafizə orqanlarının işçiləri nəzərdə tutulur. İkinci mərhələdə isə 50 yaş yuxarı ən azı bir xroniki xəstəliyi olanların vaksinasiyası həyata keçiriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm