
Birlik sədrindən ictimaiyyətə çağırış! - 16 yaşlı Türkanı xərçəngdən xilas edək
Birlik sədrindən ictimaiyyətə çağırış! - 16 yaşlı Türkanı xərçəngdən xilas edək
Yusif Nəzərli
12:22 18.08.2022
Sağlamlıq
702
“Gəlin, birlik nümayiş etdirək, bu qızımızın taleyinə laqeyd yanaşmayaq. Özüm də aksiyaya qoşuluram"
16 yaşlı Türkan Salahova dörd ildir qaraciyər xərçəngindən əziyyət çəkir. O, Laçın rayonundan məcburi köçkündür.T.Salahova Azərbaycan və Türkiyədə müalicə alıb. Həkimlərin yekdil rəyinə görə, Türkan müalicəsini Almaniyada davam etdirməlidir. Daha dəqiq desək, dərdinin çarəsi orada var. Sənədləri bu ölkədəki bir neçə klinikaya göndərilib. Həkimlər 16 yaşlı bu gül balanı sağaltmağa zəmanət verirlər. Bunun üçün 600 min manat lazımdır. Onun ailəsinin imkanları məhduddur. Atası fəhlə işləyir, ailənin dolanışığını güclə çatdırır. 4 illik müalicəsinin xərclərini qohum-əqraba ödəyib. İndi isə bütün imkanlar tükənib. Türkanın insanların köməyinə ehtiyacı var. Sağlamlığına qovuşması üçün bank hesabı açılıb.
Kapital Bank: 4169 7387 0859 6899
Əlaqə nömrəsi: 050 459 41 42

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova yardıma ehtiyac duyan Türkan üçün "Sherg.az" vasitəsilə cəmiyyətə çağırış edib. O bildirib ki, belə hallarda, ələlxüsus da uşaqlarla bağlı dəstək xarakterli məsələlərə Azərbaycan cəmiyyəti heç vaxt biganə qalmır:
"Bir neçə aksiya onu göstərdi ki, xalqımız azyaşlıların sağlamlığı, gələcəyi naminə əlindən gələni etməyə hazırdır. Kömək üçün millətimizə müraciət edirəm. Hətta ən kasıb adam belə analoji hadisələrdə yaxasını kənara çəkmir. Gücü çatdığı qədər öz töhfəsini verir. Bənzər durumlarda həmrəylik göstərmək doğrudan da ən yaxşı norma kimi özünü göstərir. Cəmiyyətimizə güvənirəm. Təbii ki, dövlət qurumlarına da üz tutmaq olar. Gəlin, birlik nümayiş etdirək, bu qızımızın taleyinə laqeyd yanaşmayaq. Özüm də aksiyaya qoşuluram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm