BMT 2021–2030-cu illəri sağlam qocalmaq onilliyi elan edib
03:35 10.01.2021
Sağlamlıq
523
Birləşmiş Millətlər Təşkilatı 2021–2030-cu illəri sağlam qocalmaq onilliyi elan edib. Yaşlı insanların, onların ailələrinin və icmalarının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq təşəbbüslərin təşkilində aparıcı rol Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) həvalə olunub.
Azərtac ÜST-nin Avropa Regional Bürosunun saytına istinadla xəbər verir ki, onillik çərçivəsində müxtəlif maraqlı tərəflər qocalıq və qocalma ilə bağlı düşüncələrimizi, münasibətlərimizi və hərəkətlərimizi dəyişdirmək, yaşlı insanların potensialını inkişaf etdirəcək icmaların yaradılmasına kömək etmək, yaşlı insanların xüsusi ehtiyaclarını nəzərə alaraq ilkin səhiyyə xidməti də daxil olmaqla, yardımlar göstərmək, yaşlı insanların ehtiyac duyduqları uzunmüddətli qayğıdan istifadə etmələrini təmin etmək üçün səy göstərəcəklər.
Onillik çərçivəsindəki təşəbbüslər bu kimi çoxtərəfli qarşılıqlı fəaliyyətdə mühüm rol oynamış yaşlı insanların tam iştirakı ilə keçiriləcək.
COVID-19 infeksiyası riskinin bütün yaş qruplarına aid olmasına baxmayaraq, yaşlı insanlarda yaşla əlaqəli fizioloji dəyişikliklərin baş verməsi və sağlamlıq problemləri səbəbindən bu xəstəliyin ağır formada keçəcəyi ehtimalı yüksəkdir. Səhiyyə, uzunmüddətli yardım və dəstək, sosial müdafiə, maliyyə və informasiya xidmətləri də daxil olmaqla müxtəlif sistemlərin çatışmazlıqlarını, zəif cəhətlərini əks etdirən COVID-19 pandemiyasının əsas yükü orta yaşlı və yaşlı insanların üzərinə düşür.
Sağlam qocalmaq onilliyi yaşlı insanların sağlamlığına təsir göstərən və onların ciddi xəstəliklərə həssaslığını artıran amilləri aradan qaldırmaq istiqamətində razılaşdırılmış və davamlı fəaliyyət göstərmək üçün zəmin yaradır, yaşlı insanların xüsusi ehtiyacları və həmin nəslin spesifik imkanları barədə xatırlatma rolunu oynayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya