Bu şəxslər meymunçiçəyinə yoluxmayacaqlar - AÇIQLAMA
Yusif Nəzərli
13:49 03.06.2022
Sağlamlıq
552
Hazırda dünyada yayılmaqda olan meymunçiçəyi virusu insanlarda narahatlıq yaradır. Xüsusilə, Avropa ölkələrində rast gəlinən virusun yenidən pandemiyaya səbəb olacağına dair müxtəlif fikirlər səsləndirilir. ÜST-nin baş direktoru doktor Tedros Adhanom Ghebreyesus dünən mətbuata verdiyi açıqlamada meymunçiçəyinin dünyada 550 yoluxmanın qeydə alındığını deyib:
“Araşdırmalar davam edir, lakin virusun bir çox ölkədə qeydə alınması, aşkar edilməmiş yayılma mənasını verir. Yoluxma sayı daha da arta bilər. ÜST-ə üzv ölkələr meymunçiçəyinə yoluxma riski yüksək olan qruplara dəqiq məlumat verməli, risk qrupları arasında virusun yayılmasının qarşısını almaq, bu sahədə çalışan tibb işçilərini virusa qarşı qorumaq üçün atılan addımları paylaşmalıdılar”.
Həkim-reanimatoloq Emin Qasımov isə “Sherg.az”a açıqlamasında bildirib ki, meymunçiçəyinin pandemiya halını alacağına inanmır:
“Dünyada da mütəxəssislər bu cür düşünürlər. Çünki bu virusun yoluxdurucu qabiliyyəti yüksək deyil. Sadəcə dünyada hər kəs koronavirus səbəbi ilə həssaslaşıb. Hər yeni çıxan xəstəliyə hiperhəssaslıq müşahidə olunur. Lakin faktlar göstərir ki, meymunçiçəyi çox yoluxdurucu xəstəlik deyil. Hava-damcı yolu ilə keçmir. Xəstəlik Azərbaycana gəlsə belə, kütləvi yayılacağını proqnozlaşdırmıram”.
Emin Qasımovun sözlərinə görə, çiçək peyvəndi olunmuş insanların yoluxma riski daha aşağıdır:
“Bilirsiniz ki, bu çiçək virusudur, çiçək xəstəliyinin bir formasıdır. 1980-ci ilə qədər doğulan insanlara bu peyvənd vurulub. Bu şəxslərdə meymunçiçəyinə qarşı immunitet var. Onların bu xəstəliyə ciddi şəkildə yoluxacağı gözlənilmir. 80-ci ildən sonrakı təbəqə risk qrupundandır və yoluxa bilərlər. Lakin bu xəstəliyin kütləvi yayılacağını düşünmürəm” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan müharibənin Türkiyəyə təsirlərindən danışıb
20:58 24.03.2026
Region
Livanda hücumlar nəticəsində mindən çox insan ölüb
20:44 24.03.2026
Dünya
BƏƏ-nin bir hərbçisi İranın Bəhreynə hücumu zamanı həlak olub
20:10 24.03.2026
Gündəm
Rauf Qarayev: “Pomidor və fındıq ixracın lokomotividir”
19:53 24.03.2026
İqtisadiyyat
Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib
19:22 24.03.2026
Dünya
Şakiranın ərəb ölkələrindəki konsertləri təxirə salındı
18:49 24.03.2026
Şou
Tramp və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:44 24.03.2026
Dünya
KİV: İran Türkiyəyə qaz ixracını dayandırıb
17:21 24.03.2026
Dünya
Qətər XİN: ABŞ və İran arasında birbaşa vasitəçilik yoxdur
17:10 24.03.2026
Dünya
Livan İran səfirini “persona-non-grata” elan edib
16:44 24.03.2026
Dünya
İsrail Ordusu: İran Məscid ül-Həramı hədəfə almağa cəhd edib
16:26 24.03.2026
Gündəm
Bərzani İranı təcavüzdə ittiham etdi
16:17 24.03.2026
Region
KİV: İranın Ali Rəhbəri ABŞ-la danışıqlara razılıq verib
15:57 24.03.2026
Dünya
Laricaninin yerinə təyinat olub
15:35 24.03.2026
Gündəm
Sahibə Qafarova Çinə səfər edib
15:12 24.03.2026
Siyasət