Yeni araşdırmaya görə, COVID-19 peyvəndi infarkt, insult və digər ciddi ürək-damar xəstəlikləri riskini təxminən 38 faiz azaldır.
Sherg.az xəbər verir ki, ABŞ-də təxminən 1 milyon insan üzərində aparılan tədqiqat göstərib ki, peyvəndlənən şəxslərdə həm ürək-damar problemləri, həm də xəstəxanaya yerləşdirilmə və ölüm halları daha az müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, peyvəndin qoruyucu təsiri xüsusilə 75 yaşdan yuxarı və xroniki xəstəlikləri olan insanlarda daha güclüdür. Araşdırma nəticələri COVID-19 peyvəndlərinin yalnız infeksiyadan deyil, onun ürək-damar fəsadlarından da qoruduğunu göstərir.