COVİD-19 pişikdən insana yoluxub
Yusif Nəzərli
20:18 20.06.2022
Sağlamlıq
357
Tədqiqatın nəticəsi heyrət doğurub
Tailandda bir ildir aparılan tədqiqatın nəticəsi heyrət doğurub. Tədqiqat nəticəsində COVİD-19-un pişikdən insana ilk yoluxma faktı müəyyənləşib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Banqkokun “Prince ofSongkla” Universitetində aparılan tədqiqat zamanı ötən il COVİD-19 xəstəliyi keçirmiş bir baytar həkimin, virusa üzünə tərəf asqırmış pişikdən yoluxduğu məlum olub.
Baytardan götürülən analizlərdə görünən viruslar 5 gün öncə müalicə etdiyi pişikdən alınmış analizlərdəki virus nümunələri ilə eynilik təşkil edib. Müəyyən edilib ki, pişik virusa sahiblərindən yoluxub, baytara gətirildikdə isə burnundan nümunə götürülən zaman asqırdıqda baytar həkimini də virusa yoluxdurub.
Baytar həkim pişiyi müayinə edərkən yalnız tibbi maskadan istifadə edib, başqa qoruyucu əşyası olmayıb. Koronavirus pandemiyası başladıqda alimlər virusun heyvanlardan – pişik, it, siçanlar, vəhşi gəlincik, yarasa, vəhşi camışlar, donuz, dovşan, tülküdən keçə biləcəyini, məməlilərin bir çox növünün virus daşıyıcısı ola biləcəyini xatırladırdı.
ABŞ Səhiyyə Təşkilatı da ev heyvanları bəsləyənlərin pandemiya müddətində onlarla məsafəli davranmasını tövsiyə edirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İranın Omanda müzakirə edəcəyi məsələlər açıqlandı
17:56 05.02.2026
Dünya
Rusiyanın “Tramp Marşrutu”nda iştirakı qeyri-mümkündür - ŞƏRH
17:48 05.02.2026
Gündəm
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı
17:17 05.02.2026
Gündəm
ABŞ İsraildən İrana hücum etməməsini istədi
16:59 05.02.2026
Dünya
“Kimdənsə küsmək fikrimiz yoxdur” - Qurban Qurbanov
16:55 05.02.2026
Futbol
İlham Əliyev: Qardaş ölkəyə dəstək regional sabitliyi gücləndirir
16:49 05.02.2026
Gündəm
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
16:45 05.02.2026
Gündəm
Separatçılara verilən cəza xalqı iki hissəyə bölüb - RƏY
16:43 05.02.2026
Aktual
ABŞ səfirliyindən azərbaycanlılara müraciət
16:14 05.02.2026
Gündəm
Daha 7 erməniyə hökm oxunub
16:02 05.02.2026
Gündəm
Epşteyn qalmaqalı təkcə cinayət deyil - RƏYLƏR
15:58 05.02.2026
Gündəm
Yunanıstanın Baş naziri Türkiyəyə səfər edəcək
15:26 05.02.2026
Dünya
Naxçıvanda qarın hündürlüyü 89 sm olub - FOTO
15:24 05.02.2026
Ekologiya
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
15:16 05.02.2026
Ölkə