Çinli sosial media istifadəçiləri insanların 2 gündə 4 kiloqrama qədər arıqlamağa kömək edə biləcək metodu kəşf ediblər.
Medicina.az xəbər verir ki, amma bu arıqlama resepti xəstəxana çarpayılarında yeni xəstələri qəbul edən həkimlər tərəfindən sərt tənqid olunub. Beləliklə, artıq çəkidən qurtulmaq üçün bu ekssentriklər topikal laksatifləri (məsələn, qliserin süpozituarları) çayla qarışdırıb bu "kokteyl"i içirlər. Nəticədə şiddətli ishal və qusma olur.
Həkimlər xəbərdarlıq edirlər ki, bu metod susuzluğa, elektrolit balansının pozulmasına və bağırsaq divarına zərər verə bilər. Üstəlik, bu möcüzəvi müalicə mənasızdır, çünki itirilən yağ deyil, su və bağırsaq tərkibidir, buna görə də çəki tez qayıdır.