“Delta” ştammı sürətlə yayılır:“...Sərtləşmə qaçılmazdır”
Fidan Həmişəyeva
13:01 22.07.2021
Sağlamlıq
869
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus bildirib ki, yüksək yoluxuculuq qabiliyyətinə malik “Delta” ştammı tezliklə dünya üzrə dominant olacaq. O da bəyan edilib ki, dünya ölkələri artıq COVID-19 pandemiyasının yeni, üçüncü dalğasının başlanğıcındadır. Çünki hazırda dünyada həm yoluxma, həm də ölüm hallarının yüksək artım tempi qeydə alınır.
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Ötən günlərdə ölkəmizdə “Delta” ştammı da aşkarlandı. Bu da mövcud durumun gərginliyindən xəbər verir. Görünən odur ki, karantin qaydalarının yumşalması vətəndaşlar arasında arxayınlıq yaradıb.
Mövcud durum barədə fikirlərini “Sherg.az”la bölüşən həkim-infeksionist Natiq Əliyev bildirib ki, son günlər koronavirusa yoluxma sayındakı artımlar hər birimizi ciddi surətdə narahat edir:
“Yoluxmanın çoxalması o deməkdir ki, dünyada pandemiya bitmədən Azərbaycanda rəqəmlər stabilləşməyə doğru gedirdi. Bu zaman ölkəmizdə karantin qaydaları yumşaldıldı və bu da insanlarda “COVİD bitdi” düşüncəsini yaratdı.
Bu düşüncənin verdiyi rahatlıq fonunda insanlar qaydaları unutdular, yay fəsli gəldiyi üçün də fərdi izolyasiya və gigiyena qaydalarına əməl edilmədi. Bu gün onun nəticəsini yaşayırıq ki, vətəndaşlar arasında artıq “Delta” ştammı da aşkarlanıb.
Dəfələrlə vurğulamışdıq ki, “Delta” ştammı daha tez yayılmağa meyllidir. Ona görə də yayılıması sürətli olan bir virus üçün qaydalara əməl edilməyən toplumda xoşagəlməz nəticələr ola bilər.
Qarşıdakı dönəmlər xüsusilə, oktyabr ayında mövsümi infeksiyaların artığı dönəmdir. Ona görə də yoluxma sayındakı rəqəmlərin daha da artacağını gözləyirik.
Bu da ölkəmizdə karantin qaydalarının yenidən şərtləşdirilməsi və bəzi bağlanmalara gedilməsini göz önünə gətirir. Tam söyləmək üçün qarşıdakı zamanlarda gedişatı izləmək lazımdır. Belə davam edərsə, sərtləşmə qaçılmazdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol