Dietoloq: İmsak sadə nahardan, iftar isə axşam yeməyindən daha zəngin hazırlanmalıdır
12:02 24.02.2025
Sağlamlıq
554
Ramazan ayı boyunca oruc tutan şəxslərin qidalanma vərdişləri əhəmiyyətli dərəcədə dəyişir. Oruc tutanlar gündüz saatlarında yemək və içməkdən çəkinirlər, amma iftar və sahurda qida qəbul edirlər.
Bəs oruc tutarkan necə qidalanmalıyıq?
Mövzu ilə bağlı danışan dietoloq Sevinc Həsənzadə "Sherg.az"a bildirib ki, ictimai həyatımızda önəmli yer tutan Ramazan ayında günboyu yemək yeyilmədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət verilməlidir:
“İmsak sadə nahardan, iftar isə axşam yeməyindən daha zəngin hazırlanmalıdır. Buna görə də, Ramazan ayı ilə birlikdə bəslənmə vərdişlərində də dəyişikliklər edilir. Oruc tutarkən bəslənməyə daha çox diqqət göstərilməli, yağlı yeməklərin qəbulundan çəkinməliyik. Yeməklərin ağır olmamasına, az yağlı və yağda qızardılmayan yeməklərin seçilməsinə diqqət yetirilməlidir. Oruc tutan kəslərdə təzyiq yüksəkliyi, yorğunluq, unutqanlıq, diqqətsizlik, durğunluq, həzm çətinliyi, yuxuya meyl, əsəbilik və baş ağrısı kimi problemlər yarana bilər. Ona görə də, şüurlu olaraq bəslənmə tərzini və düzgün qidalanma üsullarını bilmək lazımdır. Ramazanda iftar süfrələrinə qoyulan qidaların kalorili, insan sağlamlığı üçün lazımlı qida elementlərini özündə birləşdirən, vitamin və minerallarla zəngin olması vacibdir. Xüsusilə quru paxlalı, tərəvəz və ya qatıq ilə hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək sağlamlıq baxımından daha yararlıdır. İftarda kefir və qatıq qəbulu həzmdə yaranan çətinliyi aradan qaldırır. Ət və əti əvəz edənlər: yağsız qırmızı ət, toyuq, balıq, quru paxlalılar, yumurtadan istifadə məsləhətdir. Çörək və taxıl məhsullarına gəlincə isə tam dənəli taxıldan hazırlanan çörəklər, çovdar, kəpək, yulaf xeyirlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pəhləvilərin geri dönüş planı yenidən gündəmdədir, amma... - ŞƏRH
21:04 18.03.2026
Gündəm
Vens seçkilərdə Viktor Orbana dəstək üçün Macarıstana gedəcək
20:58 18.03.2026
Dünya
Gürcüstanın yeni Patriarxı məlum oldu
20:46 18.03.2026
Cənubi Qafqaz
İran rejimi üçün geri addım hüquqi fəlakət deməkdir - ŞƏRH
20:34 18.03.2026
Siyasət
Hörmüzün açılması üçün NATO müzakirə aparır - Rutte
20:20 18.03.2026
Dünya
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial