Dırnaqlardakı 5 dəyişiklik bu xəstəliklərin əlamətidir

Dırnaqların rəngi, forması və quruluşunda yaranan bəzi dəyişikliklər orqanizmdə gizli gedən xəstəliklərdən xəbər verə bilər.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislər xüsusilə uzun müddət davam edən və səbəbi bilinməyən dırnaq dəyişikliklərinin diqqətdən kənarda qalmamasını tövsiyə edirlər.

Barmaq uclarının böyüməsi və dırnaqların aşağıya doğru əyilməsi ürək və ağciyər xəstəlikləri ilə əlaqəli ola bilər. Qaşıq formasına düşən dırnaqlar isə dəmir çatışmazlığından xəbər verə bilər.

Dırnaq altında yaranan yeni və tünd rəngli xətlər nadir hallarda melanoma kimi ciddi xəstəliklərin əlaməti ola bilər. Həmçinin dırnaqların kövrəkləşməsi, qırılması və quruması göbələk infeksiyası, qida çatışmazlığı və ya qalxanabənzər vəz problemləri ilə bağlı ola bilər.