"...Əhalinin məcburi peyvəndlənməsi aparıla bilər"- Viktor Qasımov
Yusif Nəzərli
17:04 07.10.2021
Sağlamlıq
322
Azərbaycanda yaşı 18-dən aşağı olanların peyvəndlənməsi könüllüdür və yalnız valideynlərin razılığı əsasında aparılır. Onlara qarşı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Lakin əhali arasında peyvəndləmənin məcburi olması ilə bağlı bir sıra fikirlərə aydınlıq gətirmək istəyirəm. "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Qanunda göstərilir ki, əhalinin müəyyən xəstəliklərə qarşı peyvəndlənməsi könüllü aparılır, lakin müəyyən yoluxucu infeksiyalar baş verdikdə məcburi peyvəndlənmə aparıla bilər.
"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsində keçirilən "Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə" dinləmələr zamanı deyib.
V. Qasımov bildirib ki, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Qanunda həmin yoluxucu xəstəliklərin və məcburi peyvəndlənəcək əhali qruplarının siyahısı yer alıb. Epidemioloji vəziyyət davam edəcəyi təqdirdə bu məsələyə də baxmaq mümkündür".
Nazir müavini qeyd edib ki, Azərbaycanda uşaqların dispanserizasiyası qanunvericiliklə tənzimlənsə də, yaşlı əhalinin dispanserizasiyası aparılmır. Bildirib ki, yaşlıların dispanserizasiyası məsələsinə baxılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Donald Tramp: İndiyə qədər gülən kommunist görməmişəm
16:55 22.08.2026
Dünya
Türkiyədə helikopter qəzaya uğrayıb
16:23 22.08.2026
Hadisə
Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
16:13 22.08.2026
Dünya
Azər Həsrət: “Türk dövlətlərinin hərbi inteqrasiyası qaçılmazdır"
15:51 22.08.2026
Gündəm
Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək
15:37 22.08.2026
Hərbi
Tramp impiçment ediləcək? - ABŞ lideri qorxularından danışdı
15:21 22.08.2026
Dünya
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya