
Ekspert: Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir
13:13 24.02.2025
Sağlamlıq
525
22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95% spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, Etil spirti (etanol) əsasənalkollu içkilərdə istifadə olunan spirt növüdür:

“Lakin həddindən artıq qəbul edildikdə ciddi sağlamlıq problemlərinə və hətta ölümə səbəb ola bilər. Ölüm halları əsasən yüksək dozada qəbul (qan plazmasında 4-5 qram/litr və ya daha
yüksək konsentrasiyada olması) və ya aspirasiya (qusma nəticəsində tənəffüsyollarına mayenin dolması), tənəffüs çatışmazlığı və hipotermiya kimi ağırlaşmalarla bağlıdır. Statistik göstəricilərə əsasən etanol zəhərlənmələrində ölüm ehtimalı 1-5% arasında dəyişir. Lakin vaxtında tibbi müdaxilə ilə bu göstərici əhəmiyyətli dərəcədə azaldıla bilər. Xüsusilə uşaqlar və yaşlı insanlar üçün risk daha yüksəkdir. Ölüm hallarının əsas səbəbləri arasında tənəffüs dayanması, kəskin pankreatit və ya ikincili travmalar (məsələn avtomobil qəzası) yer alır. Texniki spirtlər (metanol, izopropanol və s.) əsasən sənayedə həlledici, yanacaq və dezinfeksiyaedici vasitə kimi istifadə olunur. Onlar toksik qatışıqlar ehtiva edə bilər. Bu maddələrin daxilə qəbulu bir sıra aşağıdakıağırlaşmalara səbəb ola bilir:
Metanol və digər toksik maddələr qaraciyərdə formaldehidə çevrilərək qanın pH səviyyəsinikəskin aşağı salır. Metanol optik siniri zədələyərək saatlar ərzində geridönməz korluğa səbəb ola bilər.
Həmçinin başgicəllənmə, huşun itməsi, epileptiktutmalar müşahidə oluna və zəhərli maddələr bu orqanların funksiyasını tamamilə iflic edə bilər. Aritmiya və təngnəfəslik kimi ciddi problemlər yaranması da mümkündür. Ən çox zədələnən orqanlar qaraciyər, böyrəklər, gözlərvə beyindir. Metanol insan orqanizmi üçün son dərəcə təhlükəlidir və qəbulu qətiyyən tövsiyə edilmir. Metanol qaraciyərdə alkoholdehidrogenaz fermenti tərəfindən formaldehidə çevrilir. Bu maddələr metabolik asidoza səbəb olur, hüceyrə zəhərlənməsi törədir. Cəmi 10-30 ml metanol yetkin insanda korluq və ya ölümə səbəb ola bilər. İlk əlamətlər başgicəllənmə, ürəkbulanma 12-24 saat sonra meydana çıxır, bu müddət ərzində isə daxili orqanlardageridönməz zədələr baş verə bilər. Texniki spirtlərdən, xüsusilə metanoldan uzaq durmaq həyati əhəmiyyət kəsb edir. Etanol zəhərlənmələri vaxtında tibbi müdaxilə ilə müalicə oluna bilsə də, metanolun hətta kiçik dozalarda qəbulu fəlakətli nəticələrə səbəb ola bilər. Buna görə də yalnız sertifikatlaşdırılmış və təhlükəsiz mənbələrdən alınan spirtli içkilərdən istifadə etmək vacibdir. İctimai maarifləndirmə bu sahədə ciddi rol oynayır və qeyri-qanuni spirt ticarətinə qarşı mübarizə gücləndirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pəhləvilərin geri dönüş planı yenidən gündəmdədir, amma... - ŞƏRH
21:04 18.03.2026
Gündəm
Vens seçkilərdə Viktor Orbana dəstək üçün Macarıstana gedəcək
20:58 18.03.2026
Dünya
Gürcüstanın yeni Patriarxı məlum oldu
20:46 18.03.2026
Cənubi Qafqaz
İran rejimi üçün geri addım hüquqi fəlakət deməkdir - ŞƏRH
20:34 18.03.2026
Siyasət
Hörmüzün açılması üçün NATO müzakirə aparır - Rutte
20:20 18.03.2026
Dünya
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial