"Ət xalı"ndan heç vaxt dəri xərçəngi törəyə bilməz
08:43 14.01.2021
Sağlamlıq
3460
Ancaq diaqnoz mütləq mütəxəssis tərəfindən qoyulmalıdır
Xalq dilində ‘’xal’’ dedikdə bəzən dəridən qabarıq, bəzən dəri səviyyəsində olan qara-qəhvə və dəri rəngindəki dəri törəmələri nəzərdə tutulur. Fəqət elmi dildə desək, nevuslar histopatoloji xüsusiyyətlərinə görə müxtəlif növlərə ayrılır. Nevuslar epitleden, birləşdirici toxumadan, damarladan və dərinin rəngini təyin edən melanosit hüceyrələrindən əmələ gələ bilər. Dəri xərçəngi olan melanoma məhz melanosit xallarından vəya melanositik nevuslardan əmələ gəlir.
Bəs "ət xalı" haqda nə bilirik? Onları müalicə etmək olurmu?
Sualımızı cavablandıran uzman dermatoveneroloq Mehdi İskəndərli "Şərq"ə aşıqlamasında deyib ki, ‘ət xalı’’ dedikdə ‘’ət rəngində’’ yəni dəri rəngində olan dəri törəmələri nəzərdə tutulur. Həkim qeyd edib ki, bunlardan heç bir zaman dəri xərçəngi törəyə bilməz:
"Bunlar əsasən boyunda, qoltuq altında, qasıqlarda və göz qapaqlarında ortaya çıxır. Polip olaraq adlandırılan ət xalları genetik, endokrin xəstəliklər və daxili orqanların bədxassəli şişləri fonunda da əmələ gələ bilər.
Bundan əlavə dəridə dəri rəngində olan başqa dəri törəmələri də vardir ki, ət xallarına bənzəyir.
Bu səbəbdən ‘’ət xalları’’ diaqnozu mütəxəssis tərəfindən qoyulmalı və daxili xəstəliklərdən qaynaqlanmadığına əmin olmaq üçün verilən analizlərdən sonra müalicə edilməlidir. Ət xallarının müxtəlif müalicə üsulları vardır. Hər biri də ağrısız və təhlükəsiz şəraitdə aparılır.
Ən çox istifadə edilən metod isə maye azot və ya krioterapiya üsuludur. Lakin bəzi hallarda ət xalları qiqant ölçülərə gəlib çıxa bilir. Belə olan halda törəmənin cərrahi üsulla aradan qaldırılması mümkün ola bilər.
Ət xalı problemi kiçik ölçülərdə ikən müalicə edilsə həm maliyyə, həm də fəsadlar baxımından xəstələr üçün uğurlu olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm