Ondokuz Mayıs Üniversiteti (OMÜ) Veteriner Fakültəsində aparılan araşdırma göstərib ki, evdə siqaret çəkilən məkanlarda yaşayan ev heyvanlarının bədənində nikotin səviyyəsi, siqaret çəkilməyən evlərdəki heyvanlara nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir.
Sherg.az xəbər verir ki, tədqiqat çərçivəsində 60 pişik və 60 itdən 240 qan və sidik nümunəsi analiz edilib. Araşdırmanın rəhbəri Professor Dr. Abdurrahman Aksoy bildirib ki, heyvanlar pasif siqaret tüstüsünə insanlardan daha çox həssasdır və xüsusilə tükünü yalayan pişiklər nikotinə daha çox məruz qalır.
Nəticələr göstərir ki, ev heyvanları siqaret dumanından tənəffüs, dövran və sinir sistemi xəstəliklərinə qədər müxtəlif sağlamlıq problemləri ilə üzləşə bilər. Araşdırma heyvan sahiblərini evdə heyvanların olduğu mühitdə siqaret çəkməməyə çağırır.