Fiziki aktivlik və idmanla koronavirusa qarşı mübarizə aparmaq olar
18:31 07.02.2021
Sağlamlıq
792
İdman və fiziki aktivlik hər şeydən əvvəl, immuniteti möhkəmləndirir, hormonları stabilləşdirir və qan dövranını normaya salır. Bu isə koronavirus infeksiyası ilə mübarizə aparmağı asanlaşdırır və ona görə də, idmanla məşğul olan insanlar koronavirusa yoluxanda belə, adətən xəstəliyi daha yüngül, daha rahat keçirirlər. Ümumiyyətlə, sağlam həyat tərzi keçirən insanlarda həm respirator xəstəliklər, həm də xroniki xəstəliklər daha az rast gəlinir.
Sherg.az e-tibb.az-a istinadən bildirir ki, bunu fizioterapevt-reabilitoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Afət Çəndirli bildirib.
Mütəxəssis bildirib ki, sağlam həyat tərzi dedikdə, yalnız idman və fiziki aktivlik nəzərdə tutulmur, bura həm də sağlam qidalanma, zərərli vərdişlərdən çəkinmə və sairə aiddir: "Onu da qeyd etmək istəyirəm ki, idman özü koronavirusa qarşı xüsusi toxunulmazlıq yaratmır. Yəni, kimsə idmanla məşğul olduğuna görə koronavirusa yoluxmayacağını düşünürsə, bu yanlış fikir olar. İdman dolayı yolla hər hansı infeksiyaya qarşı insan orqanizminin müqavimətini artırır".
Onun sözlərinə görə, həftədə ən azı iki dəfə idmanla məşğul olan insanlarda, bir qayda olaraq, infeksiyanın gedişini ağırlaşdıra biləcək yanaşı xəstəliklər olmur. Xüsusilə, bu, ürək-damar xəstəliklərinə və şəkərli diabet xəstəliyinə aiddir. İdmanla məşğul olmaq bu xəstəliklərin qarşısını almağa çox yaxşı kömək edir. Orta dərəcəli idman növləri ilə məşğul olmaq, COVID-19 xəstəliyi zamanı çox vacib olan bədən toxumalarında qaz mübadiləsini yaxşılaşdırır və bununla da ağciyərlərdə tıxanma riskini azaldır: "Bununla yanaşı, fiziki aktivlik zamanı stress hormonlarının miqdarı azalır və iltihabi reaksiyalar yavaşlayır. Eyni zamanda, limfositlər, monositlər və digər immun hüceyrələrinin səviyyəsi yüksəlir. Əgər bir insan infeksiyanı yüngül formada keçirmək üçün pandemiya zamanı ilk dəfə fiziki aktivliklə məşğul olmağa qərar verirsə, bunun üçün yüngül kardio hərəkətləri və yumşaq fitness daha uyğundur.
COVID-19 xəstələrində yüksək temperatur olarsa, məşqə davam etmək təhlükəlidir. Bu vəziyyətdə idman hərəkətləri ürək-damar sisteminə əlavə yük ola bilər. Yalnız hərarətiniz normaya düşdükdən sonra fiziki fəaliyyətə davam etmək olar, amma bunu əvvəlki rejimdə yox, daha yüngül formada etmək lazımdır. Bir həkim kimi tənəffüs gimnastikasını da məsləhət görərdim.
Amma buna yalnız vəziyyətiniz stabilləşdikdən sonra başlaya bilərsiniz. Ağciyər funksiyasını bərpa etmək üçün bütün kateqoriyalı xəstələrə tənəffüs məşqləri üçün reabilitasiya proqramı tərtib edilir. İdmanla təkcə pandemiya dövründə deyil, daim məşğul olun, fiziki aktiv həyat tərzin keçirin ki, həmişə infeksiyalardan və digər xəstəliklərdən uzaq olasınız".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil