Göbək quruluşumuz xarakterimizdən xəbər verir - Qeyri-adi araşdırma
Göbək quruluşumuz xarakterimizdən xəbər verir - Qeyri-adi araşdırma
Yusif Nəzərli
13:13 15.07.2022
Sağlamlıq
1296
Göbəyimiz həm sağlamlığımız, həm də xasiyyətimiz haqqında çox təəccüblü məlumatlar verir."Sherg.az" xarici mediaya istinadən xəbər verir ki,erotik simvol olan göbəyin forması insandan insana dəyişir:
1. Bir az qabağa çıxan göbək sizin daxildən hələ gənc və uşaq olduğunuzu göstərir. Siz həm də diqqət mərkəzində olmağı xoşlayırsınız və inadkar xüsusiyyətlərə sahibsiniz. Bu kateqoriyaya aid insanlar adətən yaxşı komanda oyunçuları və idmançıları olurlar. Sağlamlıq baxımından qabarıq göbək yırtıq kimi sağlamlıq problemlərinə işarə edə bilər və ya ağır bir şeyin qaldırılmasının nəticəsi ola bilər.
2. Dayaz göbəkli insanlar adətən, rəqabətli və iddialı olmağı sevən cəsur və güclü xarakterlərdir. Mükəmməllik tərəfdarı olduqları üçün nəzarəti altında olan şeyləri sevirlər və əgər işlər onların gözləntilərini doğrultmasa, bir az narahat ola bilərlər. Dayaz göbəkli insanların sağlamlıq nöqteyi-nəzərindən çəki problemi ola bilər və qrip viruslarına qarşı həssas ola bilərlər.
3.Əgər hamar oval şəklində dərin və geniş göbəyiniz varsa, anadangəlmə lider ola bilərsiniz.Sizin üçün turist bələdçisi , müəllimlik , sosial iş , terapiya və ya başqalarına bələdçilik etdiyiniz işlər ən uyğun peşələrdir.Siz diqqəti sevmirsiniz , özünüzü kənarda hiss edən insanlara kömək etməyi sevirsiniz . Bəzən siz çox dominant və hökmran görünə bilsəniz. Bu peşənizə və ya vəziyyətinizə hörmətinizlə bağlıdır. Sağlamlıq baxımından stress zamanı əsəbiləşən və çox düşünən birisiniz. Bu, migren və ya boğaz ağrısına səbəb ola bilər. Sümük sağlamlığınız üçün daha diqqətli olmalısınız.
4.Şaquli uzun göbəyiniz varsa, siz çox yaxşı danışan birisiniz.Sözlərin gücü ilə insanları asanlıqla heyran edə bilirsiniz.Sizə biznes , jurnalistika , satış sahələri daha uyğundur. Özünüzlə daim münaqişədəsiz.
5. Dərin və yuvarlaq göbəkləri olan insanlar çox istiqanlı olurlar.Sakitliyi və harmoniyanı sevir,stress və narahatlığa səbəb ola biləcək hər şeydən nifrət edirlər. Onlar güclü mənəvi xüsusiyyətlərə malik şəxslərdir və pul məsələlərində çox uğur qazanırlar.
6. Əgər göbəyiniz üfüqi oval formadadırsa və ortada kiçik bir çıxıntı varsa, ziyalı olma ehtimalınız yüksəkdir. Siz akademik işlərdə uğur qazanırsınız və gün ərzində özünüzü düşüncə və ya təxəyyül dünyasına qərq edirsiniz.Özünüzlə vaxt keçirmək sizin üçün əyləncəlidir. Ancaq bir çox insan sizi anlamaqda çətinlik çəkir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə