Hazırda hantavirus şübhəsi ilə onlarla insan nəzarət altındadır
MV Hondius gəmisində aşkarlanan hantavirus halları dünyada narahatlıq yaradıb. İllər əvvəl bu xəstəliklə ölüm-dirim savaşı aparan amerikalı Jennifer Beneviatın hekayəsi yenidən gündəmə gəlib.
43 yaşlı qadın əvvəlcə xəstəliyi adi qrip hesab etdiyini, lakin qısa müddətdə vəziyyətinin ağırlaşdığını bildirib. O, bir gün evinin qarşısında huşunu itirərək yerə yıxılıb və xəstəxanaya çatdırılıb.
Həkimlər uzun müddət xəstəliyin səbəbini müəyyən edə bilməyiblər. Daha sonra ona “Hantavirus Ağciyər Sindromu” diaqnozu qoyulub. Virusun əsasən gəmiricilərin sidik, nəcis və tüpürcəyi vasitəsilə yayıldığı bildirilir.
Beneviat 10 gün süni tənəffüs aparatına qoşulu vəziyyətdə qalıb. O bildirib ki, reabilitasiya dövründə yerimək, yemək yemək və gündəlik hərəkətləri yenidən öyrənməli olub.
Mütəxəssisləri ən çox narahat edən əlamətlər isə nəfəs çatışmazlığı, oksigen səviyyəsinin sürətlə düşməsi, iflicə bənzər vəziyyət və ağır ağciyər problemləridir.
Hazırda ABŞ-də hantavirus şübhəsi ilə onlarla insan nəzarət altındadır.